“Hoffenhaym”da baş məşqçi problemi yoluna qoyulub.
Bu günlərdə istefaya göndərilən Sebastyan Hönessin yerini Andre Braytenrayter tutub. Onunla bağlanan müqavilənin müddəti 2 illiyə nəzərdə tutulub. 48 yaşlı mütəxəssis son mövsümdə “Sürix”i İsveçrə çempionatında qələbəyə daşıyıb.