“Çelsi” heyətinə yeni futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, London klubu “Rayo Valyekano”dan müdafiəçi Pep Çavarriyanı transfer edib. Paytaxt klubunun rəsmi saytının məlumatına görə, 28 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Pep ötən mövsüm La Liqada 33 oyuna çıxıb. Bu oyunlarda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Çavarriyanın Konfrans Liqasında keçirdiyi 8 oyunda 1 məhsuldar ötürmə verdiyini də bildirək.