Paytaxt klubuna yollanır

16.07.2025 13:07 31
Dünya futbolu
“Çelsi” heyətinə yeni futbolçu cəlb edir.

İnsayder Fabritsio Romanonun məlumatına görə, London klubu “Brayton”un hücumçusu Joao Pedro ilə razılaşıb.

“Çelsi” 23 yaşlı hücumçu üçün ümumilikdə 60 milyon funt-sterlinq (təxminən 70 milyon avro) ödəyəcək. Braziliyalı futbolçu ilə müddəti 2032-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

Pedro ötən mövsüm 30 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.