“Roma” Nauel Molinanı transfer edib.
"Football-plus.az" xəbər verir ki, paytaxt klubunun rəsmi saytının məlumatına görə, 28 yaşlı sağ cinah müdafiəçisi “Atletiko”dan transfer olunub. Molina Avropadakı karyerası ərzində “Udineze” və “Atletiko”nun heyətində bütün turnirlərdə 249 oyuna çıxıb və 19 qol vurub.
Argentina millisində 65 matç keçirən futbolçu iki dünya çempionatında iştirak edib. O, 2022-ci ildə Qətərdə keçirilən mundialda çempion olub. Molina “Roma”da “20” nömrəli formanı geyəcək.