“Çelsi”də daha bir yeni oyunçu

8.08.2025 17:25 6
Dünya futbolu
“Çelsi” heyətinə yeni futbolçu qatıb.

London klubu “Palmeyras”dan Estevaonu transfer edib. 18 yaşlı braziliyalı vinger oyunçu ilə müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Çelsi” yeniyetmə futbolçunun transferi üçün təxminən 34 milyon avro ödəyib.

Estevao “Palmeyras”ın yetirməsidi. O, ötən mövsüm bu komandada 37 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul