London klubunda yeni oyunçu

5.09.2023 14:12 218
Dünya futbolu
“Fulhem” heyətinə yeni futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki, London klubu “Everton”dan Aleks İvobini transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. BBC-nin məlumatında keçidin “Fulhem”ə 22 milyon funt sterlinqə başa gəldiyi bildirilib.

İvobi son mövsümdə premyer-liqada 38 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.