London klubu ilə yenidən anlaşdı

30.04.2025 20:24 6
Dünya futbolu
Lukas Berqvall klubundan aldığı yeni təklifi qəbul edib.

Yarımmüdafiəçi “Tottenhem” ilə müqaviləsini yeniləyib. London klubunun saytının məlumatına görə, 19 yaşlı isveçli futbolçu ilə müddəti 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Berqvall “Tottenhem”ə ötən yay keçib.

O, London klubunda 45 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.