• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

0:3-ə sevinənlərin ölkəsi! – Afrikada buna görə adamı şişə çəkərlər...

Manşet / Yazarlar

11-10-2025, 11:0

Dünən gecə qapımıza vurulan üç qoldan yalnız birincisi məni duyğulandırdı, həyəcanlandırdı, Mbappenin slalomu kənddə oynadığımız futbolu yadıma saldı.

Rəqibin bir, iki, üç, dörd oyunçusunu (Emin Mahmudovu, Abdulax Xaybulayevi, Elvin Bədəlovu, Qismət Alıyevi...) aldadıb keçirsən, çaşqın qapıçının qolu altından topu tora göndərirsən, sonra da atdanıb-düşürsən, sinənə döyürsən, rəqibə qıcıq verirsən. İkinci, üçüncü qol nə idi, sən Allah, yəni bu qədər texniki səhvə yol vermək olarmı? Rabyo havaya qalxanda ondan iki yaş və bir santimetr kiçik Mahir Emreli nə etmək istəyirdi? Və ya Toven cərimə meydançasında zərbə vurmaq istəyəndə irəli-geri dartınan Elvin Bədəlovun niyyəti nə idi? Belə suallar çoxdu. Dayandırıram, indi hər kəs üstümə düşəcək ki, futbolçuları niyə “qaralayırsan”, onların qabındakı budu... Yaxşı, futbolçuları və onlara qahmar çıxanları dərdləri ilə baş-başa buraxıb, başqa mətləblərə toxunacam.

“Çərçivə”yə 1 (bir) zərbəmiz, oyunda 1 (bir) kornerimiz olmayıb, oyun vaxtının 71 faizində topa rəqib nəzarət edib. Bəs onda ölkəni, futbol ictimaiyyətini bürüyən bu atəşfəşanlığın, bayram ab-havasının səbəbi nədi? Doğrudanmı, gerçəkdən 0:10 gözləyirmişik, 0:3 olub deyə, bu qədər nəşəliyik? Dostlar, vallah, gördüyüm odu ki, biz, sadəcə, futbol oynamağı bacarmırıq. “Məmmədağa, vur qabağa” prinsipi nə vaxta qədər oyunumuza, ruhumuza, cismimizə hakim kəsiləcək?

Döyüşdük də, döyüşdük... Dünəndən sosial şəbəkələrdə “gözümü deşən” ifadə budu. Gəlin, əvvəlcə futbola yanaşmamızı dəqiqləşdirək: hədəf döyüşməkdi, yoxsa futbol oynamaq? Döyüş həvəskarları üçün uyğun liqalar var axı. Ən nüfuzlusu UFC-di, ondan sonra “Rizin”, deyəsən, başqaları da var. Ukrayna ilə oynayırıq, hər kəs döyüşməkdən dəm vurur, Fransa ilə oynayırıq, yenə eyni şey. Bəs biz nə vaxt oktaqondan çıxacağıq, bilən varmı? Varsa, mənə deyin. Gözümün kökü saraldı, ömrümün qürub çağı gəlib çatdı...

Yaxşı xatırlayıram, rəhmətlik həmkarım Məzahir Süleymanzadə 1994-cü il sentyabrın 7-də keçirilən, milli komandanın tarixinə ilk seçmə oyun kimi düşən Rumıniya – Azərbaycan qarşılaşmasından sonra “Səhər” qəzetində “0:3 hesablı ...qələbə” sərlövhəli məqalə yazmışdı. Onda Məzahir bəyə lağ edənlər üstündən 31 il keçəndən sonra 0:3-ü sevinc hissi ilə qarşılayır, az qala bayram etmək istəyirlər. Bu nə qəribə təzadlar ölkəsidi, Allahım?!

Və... Mənə elə gəlir ki, Afrikanın insan əti yeyən tayfaları da bir aydı ayağına top dəyməyən futbolçuya (oxu: Mahir Emreliyə) Fransa kimi rəqiblə oyunda yeganə qol ümidi gözü ilə baxmaz, start heyətində yer verməz. Ayxan Abbasov yer verdi, oyundan sonra da təriflədi. Afrikada belə şeyə görə adamın ətini şişə çəkər, kabab edərlər. Bunu da elə-belə, yazı cəlbedici sonluqla bitsin deyə yazdım...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

10-10-2025, 09:0

Fransadan xal da almaq olar, xallar da! - YAZI

Premyer-liqa / Manşet

6-12-2022, 18:0

Kadi “Neftçi”yə cərimə zərbəsindən vurduğu qol haqda danışdı

Ölkə futbolu

10-10-2025, 21:0

Fransa - Azərbaycan: START HEYƏTLƏRİ

Premyer-liqa / Manşet

1-05-2023, 19:0

“Neftçi”nin tərcüməçisi: “Turan Tovuz”un məşqçisi üstümə hücum çəkmək istəyirdi”

Aktual / Ölkə futbolu

28-12-2024, 16:0

İlin ən yaxşı azərbaycanlı futbolçusu belə seçildi... - respondentlərin və verilən səslərin siyahısı

Ölkə futbolu / Reportaj

29-05-2024, 16:0

“Araz-Naxçıvan” mövsümü “Kəpəz”dən öndə bitirdi - REPORTAJ

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə