U-21 millimiz Çexiyaya böyük hesabla uduzdu - 0:5!

10.10.2025 22:01 5
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, səfərdə Çexiya ilə qarşılaşan Rəşad Eyubovun baş məşqçisi olduğu komanda rəqibinə 0:5 hesabı ilə uduzub.

Xatırladaq ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib - 1:1.