Bəs komanda nə vaxt öz ocağına qayıdacaq, artıq təbii örtük üzərində oynamağa başlayacaq? Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevdən sualımıza cavab aldıq:
“Əvvəldən də açıqlamışdıq. Hər şey planauyğun gedir, oktyabrın sonlarında PFL tərəfindın baxış və test keçiriləndən sonra yekun qərar veriləcək”.
Bir məqam da var: Kaxaber Sxadadze yenə də “Kəpəz”in Qəbələdə oynamasından narazıdı. Ötən mövsüm olduğu kimi Gəncə təmsilçisi yenə Qəbələdən Tovuza köç edə bilər? Bu barədə rəsmi müraciət olubmu? Tağıyevin cavabı: “Hər hansı müraciət olmayıb. İlk növbədə meydança tam hazır vəziyətə gəlməlidi ki, komandamız ev oyunlarını doğma stadionunda keçirə bilsin”.
MÜZƏFFƏR QULUZADƏ






