Yığmadan kənarda qaldı

10.10.2025 15:57 5
Dünya futbolu
İspaniya yığması qarşıdakı oyunlara ciddi itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri milli komandanın DÇ-2026-nın növbəti seçmə oyunlarında iştirak edə bilməyəcək.

Bu məlumatı İspaniya Futbol Federasiyası yayıb. Məlumatda klub tərəfindən təqdim olunan tibbi testlər nəticəsində müəyyən edilən zədə səbəbindən Rodrinin Gürcüstan və Bolqarıstanla qarşıdakı oyunlar üçün yığmanın heyətindən çıxarıldığı bildirilib. Yarımmüdafiəçi milli komandaya oktyabrın 3-də çağırılmışdı, lakin premyer-liqanın 7-ci turunun “Brentford”la oyununun ilk hissəsində zədələnərək meydanı tərk edib.

Xatırladaq ki, Rodri ağır zədə səbəbindən ötən mövsümü boşa verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul