• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan” mövsümü “Kəpəz”dən öndə bitirdi - REPORTAJ

Ölkə futbolu / Reportaj

29-05-2024, 16:0

Misli premyer-liqasının cari mövsümünün son matçında “Araz-Naxçıvan”la “Qarabağ” qarşılaşdı. Ağdam təmsilçisinin 11-ci çempionluğunu qeyd edəcəyi oyun “Azərsun Arena”ya təyin edilmişdi. Oyunun nəticə baxımından heç bir önəmi qalmasa da, həm “Qarabağ”, həm də “Araz-Naxçıvan” mövsümü qələbə ilə bitirmək istəyirdi.

Artıq 3-cü dəqiqədə Lunyovun uşaqcasına kobud səhvindən sonra Maşike komandasını önə çıxardı – 1:0. Ağdamlılar erkən qola rəğmən, meydandakı dominantlığını itirmədi. 16-cı dəqiqədə Elvinin akrobatik zərbəsi qolkiper üçün heç bir çətinlik yaratmadı. Bir qədər sonra isə Elvin ev tapşırığını yerinə yetirərək topu yerlə Torala ötürdü. Lakin Bayramovun zərbəsi təhlükəli olmadı. 23-cü dəqiqədə Zubir Juninyo ilə qısa paslaşmadan sonra qapını hədəf aldı. Bu dəfə fə Avram diqqətli oynadı. “Qarabağ”ın futbolçuları bir neçə dəfə “çərçivə”yə düşsələr də, sanki zərbələri “yumşaq” qalırdı. 27-ci dəqiqədə onlar hesabı bərabərləşdirdi. Zubirin müdafiənin arxasına göndərdiyi baxımlı ötürməni çempionatın ən sərrarst futbolçusu Juninyo qolla tamamladı - 1:1. Qoldan sonra da topa nəzarəti itirməyən Qurbanovun yetirmələri 32-ci dəqiqədə önə keçdi. Mateusun qapı önündəki boşluğa göndərdiyi ötürmə zamanı Juninyonu qabaqlayan Vadim avtoqola imza atdı – 1:2. Naxçıvanlılar geridə olmaqla barışmır, uzun ötürmələrlə əks-hücuma çıxmağa çalışırdı. 38-ci dəqiqədə Maşike Bəhlulla ikili mübarizədən qalib ayrıldı, sağ cinahla irəliləyərək topu “çərçivə”yə göndərdi. Lakin bu zərbə Lunyov üçün heç də çətinlik yaratmadı. İkinci yarıya da qonaqlar daha fəal başladı. Rəqib müdafiəsini azlıqda görən “köhlən atlar” Juninyo ilə sağ cinahdan sürətli əks-hücuma çıxdı. Braziliyalı forvard xeyli məsafə qət etdikdən sonra topu diqqətdən yayınan Torala ötürdü. Ancaq Bayramov qapıçıyla təkbətək zamanı topu tora qovuşdura bilmədi. Fürsəti boşa verən çempion 59-ci dəqiqədə qapısında qol gördü. Avtoqol müəllifi olan Vadim müdafiənin arxasına baxımlı ara ötürməsi ilə Abdullanı təkbətək çıxardı. O isə Lunyovla dueldən qalib ayrıldı - 2:2. Mövsümü qələbə ilə başa vurmaq istəyən “köhlən atlar” 3-cü qol üçün irəli atıldı. 65-ci dəqiqədə Elvin növbəti dəfə iti bucaq altından “çərçivə”yə düşməyə çalışdı. Amma yenə də qolkiper buna mane oldu. Bir qədər sonra isə Zamiqin Silvaya qarşı kobudluğuna görə referi naxçıvanlıların qapısına penalti təyin etdi. Topa yaxınlaşan Diakabi real şansı dəyərləndirə bilmədi. Uzatma dəqiqələrində Medina topu sinəsiylə ram edərək sol ayaqla baxımlı zərbə vurdu. Lakin qapı çatı qola imkana vermədi. Ardından yan xətt hakiminin ofasyd bayrağı havaya qalxdı.

Beləliklə, çempionatın sonuncu matçı bərabərliklə yekunlaşdı. Muxtar Respublika təmsilçisi mövsümü 8-ci pillədə tamamladı.

Gözdən qaçmadı
* “Sektor 85” və “İmarət Tayfa” tribunada idi. “İmarət Tayfa” “Müşfiq Hüseynov” və “Əfsanəvi kapitan Maksim Medvedev” kimi şüarlar səsləndirdi.
* Mükafatlandırma zamanı Qurban Qurbanov görünmədi. Mərasimi AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov həyata keçirdi. Əvvəlcə “Azerlotoreya”nın İdarə Heyətinin Sədri Osman Karakuş təltif olundu. Daha sonra isə “Qarabağ” futbolçuları qızıl medallara layiq görüldü. Rövşən Nəcəf çempionluq kubokunu kapitan Maksim Medvedevə təqdim etdi. 20 qolla bombardir olan Olavio Juninyo da mükafat aldı.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

14-11-2023, 18:0

"Kəpəz" “Araz-Naxçıvan” nağılını bitirdi – REPORTAJ

Premyer-liqa / Reportaj

7-11-2023, 21:0

“Sumqayıt” “Araz-Naxçıvan”ı göydən yerə endirdi - REPORTAJ

Premyer-liqa

17-04-2024, 20:0

“Neftçi” “Araz-Naxçıvan” sindromuna son qoydu - REPORTAJ

Premyer-liqa / Reportaj

24-10-2023, 20:0

Kapitan komandanı yarıyolda qoydu - REPORTAJ

Premyer-liqa

23-04-2024, 21:0

“Araz-Naxçıvan”ın böhranı davam edir – REPORTAJ

Ölkə futbolu / Reportaj

25-01-2024, 15:0

“Araz-Naxçıvan” “Qarabağ”a müqavimət göstərə bilmədi - REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 92
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə