Başımızın bəlası qayıtdı! – “Qarabağ”ın işi çətinləşdi

5.10.2025 22:12 3 566
Manşet / Avrokuboklar
“Football-plus.az”da dünən yer alan yazıda “Atletik”in Niko Uilyams ilə və onun yoxluğunda tam fərqli obrazlara büründüyünü vurğulamışdıq. Onu da xatırlatmışdıq ki, Türkiyə ilə sentyabrın 7-də sonra keçirilən oyunda zədəsi üzə çıxan 23 yaşlı Avropa çempionunun 6 həftə meydandan kənarda qalacağı gözlənilir. Amma zədənin bərpa müddəti heç bir ay da çəkmədi.

Niko dünən keçirilən “Atletik” – “Malyorka” oyununun 53-cü dəqiqəsində böyük qardaşı İnyakini əvəz etdi və... Dərhal da “Atletik” qələbə qazandı – 2:1. Halbuki basklar müxtəlif turnirlər çərçivəsində son 6 oyunda qələbəyə həsrət idi.

Nikonun meydana dönüşü o anlama gəlməsin ki, “Qarabağ” Bilbaoda xal qazana bilməz. Əlbəttə, qazana bilər və qazansa, çox yaxşı olar. Hə, sadəcə, işimiz bir qədər çətinləşdi.

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul