“Atletik” - “Qarabağ” matçının biletləri satışda

10.10.2025 21:48 22
Avrokuboklar
Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Atletik” (İspaniya) - “Qarabağ” matçı üçün biletlər satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 110 manat təşkil edəcək.

Azarkeşlər üçün "Estadio de San Mamés"də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. Matça vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadı.

Xatırladaq ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-si Bakı vaxtı ilə 20.45-də start götürəcək.