"Araz-Naxçıvan" yoxlama matçı keçirdi

10.10.2025 18:15 12
Ölkə futbolu
Millimizin oyunları ilə əlaqədar Misli premyer-liqasında yaranan fasilədən istifadə edən "Araz-Naxçıvan" yoxlama matçı keçirib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar" 1-ci liqanın lideri "Şəfa" ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Premyer-liqa təmsilçisinin heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.