“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq”.
"Football-plus.az" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milıimizin baş məşqçisi Rəşad Eyyubov deyib.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyunu (0:5) mətbuat konfransında şərh edərkən həmçinin bildirib:
“İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik”.
Eyyubov bildirib ki, millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtları olur:
“Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.