Adnan Əhmədzadənin həbsi “Mingəçevir”i sarsıdıb? – maaşların gecikməsinin səbəbi...

10.10.2025 20:56 49
Ölkə futbolu / Aktual
Qalmaqallı iş adamı, Azərbaycan neftinə üzvi xlorid qatan Adnan Əhmədzadənin həbsinin “Mingəçevir”in maliyyə durumuna mənfi təsir etdiyi haqda iddialar var. Əslində bu fikri səsləndirən həmkarlarımızın haqlı olduğunu düşünə bilərik. Ona görə ki, klubun sponsoru olan ASTA şirkəti məhz adı çəkilən şəxsə məxsusdu. Elə “nur şəhəri” təmsilçisinin çempionata gözlənilən səviyyədə başlamaması da məlum həbs ilə əlaqələndirilir. Niyə də yox? Komanda ilk 4 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb.

Bəs, hazırda klubun maliyyə durumu nə yerdədi? Həqiqətənmi son olaylar klubun maliyyə dayaqlarını sarsıdıb?

Bu suallarla “Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“ASTA ilə klub arasında imzalanan sponsorluq müqaviləsiylə bağlı hansısa problem yoxdu. Maaşların gecikməsi AFFA-dan ayrılan vəsaitin yubanmasıyla əlaqədardı. Ümumiyyətlə, bu gün klubda hansısa maliyyə poblemi yoxdu. Sərfəli nəticələrə görə futbolçulara mükafatlar da verilir. Məqsədimiz çempionluqdu”
KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul