Memfis Depay Braziliyada çətin vəziyyətə düşüb.
"Football-plus.az" xəbər verir ki, niderandlı futbolçu milli komandanın düşərgəsində vaxtında qoşula bilməyib.
Səbəb onun pasportunun oğurlanması ilə bağlıdı. Təcrübəli futbolçu Braziliyadan ölkəsinə bazar günü yollanmalı idi. Niderland yığmasını çalışdıran Ronald Kuman problemlə bağlı jurnalistlərə belə açıqlama verib:
“Mövcud vəziyyət həm Memfis, həm də bizim üçün təəssüf doğurucudu. Şübhəsiz, rəsmi oyunlara hazırlıq tam heyətlə reallaşmalıdı. Lakin Depay ilə bağlı problem bizim nəzarətimiz altında deyil. Onun komandanın məşqinə mümkün qədər az gecikmə ilə qoşulacağına ümid edirik”.
Memfis Niderland yığmasının ən yaxşı bombardiridi. “Korintians”ın 31yaşlı hücumçusu milli formada 104 oyunda 52 qol vurub.