• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Daha da artığını etməli və düşünməliyik" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

12-08-2025, 23:0

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şkendiya"ya qalib gəldi - 5:1.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdi. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları özlərini çox intizamlı, alicənəb apardı.

- Matçdan əvvəl bu cür böyükhesablı qələbə gözləyirdiz?
- Düşünə bilmərəm, amma istəyə bilərəm. Futbol indi elə səviyyəyə çatıb ki, istənilən oyunda 3-5 qol vurula bilər. Bucür qalibiyyətlər xoş olur. İstəyirdim deyim, amma gözləyirdim deməyim.

- Hikmət Cəbrayılzadə haqda hansı fikirdəsiz?
- O, bir neçə aydı ki, bizimlədi. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Potensiallarına baxırıq. Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı, fiziki xüsusiyyətləri var. Daha çox çalışmaq lazımdı. Amma ansambla uyğun futbolçudu. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Onu tam əminliklə komandaya götürmüşəm. Əsas odu ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi başqa oyunçulara da şans yaradacağıq.

- Bu matç sizə "Lex"lə matçı xatırlatdı? Sanki ssenari eyni idi. Qol buraxdıqdan sonra toparlandız.
- 2-3 ildən bir belə matçlar olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdi. Belə olanda, futbolçu özünə daha çox inanır. Sona kimi oyun intizamını qoruyub-saxlasaq, həmişə qalibiyyət əldə edərik.

- Sami Mmaenin oyununu necə şərh edərdiz?
- Onun oyunu haqda hansısa fikir söyləməyə ehtiyac yoxdu. Futbol qabiliyyəti və intelekti cəlbedicidi. Ötürmələri, oyunu idarə etməsi... Bu kimi şeylər bizi daha çox cəlb edir. Oyuna çıxandan sonra lazımı anda oyunu sakitləşdirə bildi, təzyiqdən xilas olmaq qabiliyyəti var. Razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə daha çox çalışır və istəklidi.

- Marko Yankoviçin start heyətinə, Kadi Borgesin adət etdiyimiz mövqeyinə qayıtması oyun planında üstünlük yaratdı?
- Futbolçuların sağlam olması önəmlidi. Oyunçunun ilk dəqiqədən, yoxsa sonradan meydana çıxmasının fərqi yoxdu. Hər futbolçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birini tamamlayır. Yəni Kadi və Yankoviç bir-birini daha yaxşı başa düşür. Təcrübə və bəzi ustalıq keyfiyyətli belə oyunlarda daha vacib olur. Yankoviçin əsas heyətə dönməsi bizi tam razı salır.

- "Ferentsvaroş", yoxsa "Ludoqorets"? "Qarabağ" üçün hansı rəqib daha yaxşıdı?
- İnanın ki, bu haqda heç düşünmürəm. Onları bir-birindən ayırmaq istəmirəm. ÇL-in pley-off mərhələsi qrup deməkdi. Arzuladığım rəqib yoxdu. Xeyirlisi hansıdısa, o da olsun.

- Premyer-liqanın 1-ci turunun oyunu təxirə salınacaq. Bu, komandaya necə təsir edəcək?
- Müsbət və ya mənfi hansısa təsirinin olacağına inanmıram. Çempionatda da oynamaq fikrindəydik. Hazır idik. Sadəcə biz "Sabah"ı gözləsək, iki gün sonra səfərə getməliyik. "Sabah" bizi gözləsə, onlar iki gün sonra bizimlə oynamalıdı. Texniki məqamdı. "Sabah"a da uğurlar arzulayıram, "Araz-Naxçıvan"a da.

- Bu gedişlə "Qarabağ" yenə Avropa meydanlarında tək qalacaq. Legioner limitinin ləğvi də hadisələrin axarını dəyişmədi. “Qarabağ”ın belə yükün altında çıxışların davam etdirməsi çətin deyil? Nəzərə alaq ki, klub nə qədər uğur qazansa da, tənqid edilir.
- Hansısa yük varsa, iş saatları da keyfiyyətli olur. Çünki daha dərindən düşünməlisən, daha fəal olmalısan. Meydanda tək qalmaq....Bu indiki dövrdü, sabah tam əksi ola bilər. Klublarımız daha uğurlu nəticələr əldə edər. “Sabah”ın da böyük şansı var. Yaxşı kollektivə malikdi. “Levski” ciddi rəqibdi. Onlara uğurlar arzulayıram. Tənqidi normal qəbul edirəm. Bəzən hardasa təsir edir. İllərdi bu proses gedir... Həmişə demişəm ki, azərbaycanlıların dediyi söz, tənqid çox xoşdu. Çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq. Yaxşı nəticələr əldə edək.

- “İmişli” və “Karvan-Yevlax” da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. “Qarabağ”ın avrokuboklarda çıxış edəcəyini nəzərə alsaq, burda səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?
- Maksimum təsir edir... Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir: meydança, azarkeş amilləri. Başqa ölkələrdə də çempionatda bu cür ab-hava olur. Xorvatiyada, Polşada... Bu hallar futbolçunu daha məsuliyyətli, həvəsli edir. Bunlar hamısı Avropada da oyun səviyyəmizi, uğurlu nəticələrimizi qorumaq üçün səbəbdi. Əfsuslar olsun ki, üç komandamız Şamaxıda oynayacaq. Bu, daha fəal klublar üçün mənfi haldı. İstər-istəməz futbolçunun motivasiyası azalır Bunlar da həm inamsızlıqla, həm də, Allah qorusun, ciddi zədələrlə nəticələnir. İdmançı meydana istəksiz çıxır. Avrokubok oyunundan sonra oyunumuz belə meydançalarda olsa... Ölkə çempionatı oyunundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, avrokubok matçından sonra daha çox zaman lazım olur... Çempionlar Liqasında ab-hava daha fərqlidi. Həmin matçlardan sonra günorta saat 3-4-də süni örtükdə çıxış etmək bizim üçün böyük zərbədi. Qışda soyuq olur. Əfsuslar olsun ki, vəziyyət belədi. Biz gələcəyə pozitiv baxırıq. Hər dəfə deyirik ki, yaxşı olacaq. Ən azından komanda sayı artdı. Bu, müsbət haldı. Maksimum güc sərf edəcəyik ki, futbolçuların əhvalı pozulmasın.

- Süni örtüklü meydança məsələsini İcraiyyə Komitəsinin iclaslarında qaldıra bilərsiz. Çıxış yollarının tapılması üçün məsləhət versəz, sizi dinləyərlər?
- Mənim orda məsələ qaldırmağa ehtiyac yoxdu. Bu mövzular hər iclasda müzakirə olunur. Klubların öhdəliyi olan mövzudu. Komanda premyer-liqada iştirak edirsə, yaxşı şəraiti olmalıdı. Federasiya yeni komandalara 1 ilə yaxın vaxt verib. Gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta ilk sıralarda olan məsələlərdən biri meydançaların durumunum yaxşılaşdırılması və çoxalmasıdı. Yəqin ki, yaxın zamanda bu prosesə start veriləcək. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdı. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlarını yaxşılaşdırar. Alınmasa, daha ciddi tədbirlər görülər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

3-03-2025, 21:0

"Növbəti mövsümü düşündüyümü desəm, yalan danışaram" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

16-02-2025, 21:0

"Bu cür oyunlarda belə davranışlara yol vermək olmaz" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

6-08-2025, 00:0

"Belə rəqibə qarşı səfər oyunundan qələbə ilə dönmək böyük üstünlükdü" - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

2-04-2025, 19:0

"İstəyərəm ki, yerli komandalar "Qarabağ"a qalib gəlsin" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

31-05-2025, 22:0

"İnqilab illərin təcrübəsini göstərdi, oyunu çox ağıllı idarə etdi" - Qurban Qurbanov

Aktual
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
Son xəbərlər
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 487
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 255
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 200
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə