"İnqilab illərin təcrübəsini göstərdi, oyunu çox ağıllı idarə etdi" - Qurban Qurbanov

31.05.2025 22:20 431
Ölkə futbolu / Manşet
"Qarabağ" ölkə kubokunun finalında "Sabah"a uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- “Sabah”ı təbrik edirəm. Yaxşı oyun keçirdilər. Mövsüm ərzində gərgin keçən çox oyunlar oldu. Avrokuboklarda da belə ağır oyunlar oldu. Hər bir oyunçudan razı qaldım. Bütün oyunlarda belə atmosfer olsa, yaxşı olar.

- Benzya aqressiv idi. Cəzadan çəkinmirdi. Bu onun getməyinə işarədi?
- Belə oyunlarda aqressivlik olur. Hakimlikdən irad bildiriləsi çox məqam oldu. Yəqin ona görə... Futbolda belə hallar olur.

- Hakimliyi necə qiymətləndirirsiz?
- İnqilab illərin təcrübəsini göstərdi, oyunu çox ağıllı idarə etdi (Gülümsəyir).

- Benzya ilə danışıqlar nə yerdədi?
- Hələ razılaşma yoxdu.

MÜZƏFFƏR QULUZADƏ