"Şamaxı”nın futbolçusu Bahadur Həziyev yeni mövsümü icarə əsasında 1-ci liqa təmsilçisi “İmişli”də keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Həziyev ötən mövsüm icarə əsasında “Səbail”də çıxış edib. "Neftçi"nin yetirməsi olan Həaziyev 2021-ci ildən "Şamaxı"nın üzvüdür.