“Şamaxı”da növbəti ayrılıq

5.08.2024 21:33 321
Premyer-liqa
“Şamaxı” bir futbolçusu ilə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "Şamaxı" səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.