"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a uduzaraq (1:2, 0:0) mübarizəni dayandırdı.
"Football-plus.az" xəbər verir ki, dünən keçirilən ikinci oyundan sonra Macarıstan təmsilçisinin futbolçusu Bense Bedi bunları deyib:
"Çox vacib və gərgin oyun keçirdik. Növbəti mərhələyə adlaya bilmək üçün bütün gücümüzü ortaya qoymalı olduq. İlk görüşdə topladığımız təcrübəyə əsasən ikinci matçda hücumlara müdafiədən çıxmağa başladıq. Qol imkanları da qazandıq. Lakin hələ bitiricilik baxımından çatışmazlıq var. Daha yaxşı oynamalıyıq".
KƏNAN BAHADIR