"Fehervar"ın hücumçusu "Sumqayıt"a qarşı oynaya bilməyəcək - niyə?

31.07.2024 16:57 358
Aktual / Ölkə futbolu
"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar"ın futbolçusu Macarıstanın U-18 millisinə dəvət alıb.

"Football-plus.az"ın məlumatına görə, söhbət Patrik Kovaçdan gedir. Belə ki, hücumçu yığmanın Telki şəhərində təşkil edilən təlim-məşq toplanışına qoşulub. Bu o deməkdi ki, oyunçu "Sumqayıt"la matçda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, gənc futbolçu ilk oyunda 85-ci dəqiqədə meydana çıxıb. "Fehervar" bu gün "Sumqayıt"ı qəbul edəcək.

KƏNAN BAHADIR