"Azərbaycana qələbə üçün gedəcəyik” - “Fehervar”ın futbolçusu

22.07.2022 10:43 484
Konfrans Liqası
“Fehervar”ın futbolçusu Kenan Kodro Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunundan sonra fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, hücumçu 4:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Nəticə “Qəbələ”yə qarşı necə oyun keçirdiyimizi göstərmir. İlk hissə planlaşdırdığımız kimi getmədi. Çox top itirdik, rəqib də aqressiv oynayırdı. Onların əks-hücumları təhlükəli idi.

Fasilədən sonra kompakt oynama başladıq. Çoxlu qol imkanları yaratdıq və 3 qol vurduq. Lakin hələ hər şey bitməyib. Qarşıda cavab oyunu var. Futbolda hər şey mümkündü. Azərbaycana qələbə üçün gedəcəyik”.


“Qəbələ” “Fehervar”la cavab oyununu iyulun 28-də Qəbələdə keçirəcək.