• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu cəza tək Merihə yox, bütövlükdə Türkiyə millətinə verildi”

AÇ

10-07-2024, 00:0

Niderlandla qarşılaşmada Türkiyə yığmasına dəstək vermək üçün Berlinə yollanan Rəcəp Tayyib Ərdoğan vətənə qayıdarkən təyyarədə həm türkiyəli həmkarlarımıza açıqlamalar verib, həm də onların suallarını cavablayıb.

Qardaş ölkənin prezidentinin sözləri ilə sizi tanış edirik:

“Həm federasiyamızı, həm də məşqçilər korpusunu təbrik edirəm. Bildiyiniz kimi, bu oyun UEFA-nın Merih Dəmirala verdiyi ədalətsiz cəzanın kölgəsində oynanıldı. Bu cəzaya görə bu turnirə ciddi mənada kölgə düşdü. Bunun izahı mümkün deyil. Tam siyasi bir qərardı. Bütün bu üzücü olaylara rəğmən, komandamız Niderland kimi futbol ölkəsinə çətin anlar yaşatdı. Həyəcanverici və bərabər səviyyədə keçən bir matç izlədik. Qolu vurandan sonra uzun müddət oyuna nəzarət etdik. Oyunun son 10 dəqiqəsində çox mühüm fürsətləri əldən verdik. Hakim bir penaltimizi də vermədi. Bu qədər əmək sərf etməyimizə baxmayaraq, ən güclü 4 komanda arasına düşə bilmədik. Qismət bura qədər imiş. Son saniyələrə qədər əllərindən gələni edərək bizə bu qüruru yaşadan futbolçulara təşəkkür edirəm. Qürbətçi vətəndaşlarımız da komandaya sevgilərini ən gözəl şəkildə nümayiş etdirdilər. 1/4 finala qədər irəliləməyimizdə onların böyük əməyi oldu. Merih olayı göstərdi ki, qərbin bizə əvvlki baxış tərzi dəyişməyib və bundan sonra da dəyişməyəcək. İlk andan etibarən verilmiş bir qərardı. Daha öncə də bu barədə fikrimi söyləmişdim. “Boqzurd”a görə cəza verilirsə, qartala görə almanlara, xoruza görə fransızlara nə üçün cəza verilmir? Bizim əfsanələrimizdə yer alan bozqurda görə verilən cəza əslində tək Merihə yox, bütövıükdə Türkiyə millətinə verilib. Əslində buna ən gözəl cavabı meydanda qalib gəlməklə verə bilərdik. Əminəm ki, futbolçular da məhz bu istəklə meydana çıxmışdılar. Son anlarda əlimizdə düşən şanslardan yararlansaydıq, ağlayan onlar olacaqdı. Təəssüf ki, ümidlərimiz boşa getdi. Qarşıdan DÇ-2026 və AÇ-2028 gəlir. Montellanın da dediyi kimi, inşallah, bunun qisasını həmin turnirlərdə alarıq. İndi biz bu uğuru davam etdirməliyik. Bunun üçün də ən önəmli amil sabitlikdi. Həm federasiyanın idarə heyətində, həm də komandanın məşqçilər korpusunda mütləq sabitlik yaxalanmalıdı. Qərbdəki komandalar məhz bu cür irəli gedir. Biz bu sistemi oturtmalı və möhkəmləndirməliyik. Bunun üçün hazırda ən ideal zamandı. Çünki həm yüksəlişdəyik, həm də gənc oyunçularımız var. Bunun nəticələrini gələcəkdə mütləq görəcəyik. Yoxsa daim onu dəyiş, bunu gətir, bunu dəyiş, onu gətir... Son illərdə bizdə məşqçilər də, federasiyanın tərkibi də tez-tez dəyişib. Bu düzgün deyil. Dediyim kimi, Avropa sabitliyə can atır.

* Allah Arda Gülərə çox fərqli bir qabiliyyət, istedad verib. Bir az səbr etməli və Ardaya daim şans verməliyik. Niderlanda qarşı 90 dəqiqə meydanda qaldı. Kifayət qədər də yaxşı oyun sərgilədi. Standart zərbələrdə əsas silahımıza çevrilmişdi. Topu elə nöqtəyə göndərir ki, komanda yoldaşının qol vurmaqdan başqa çarəsi qalmır. Hər kəsdə belə istedad yoxdu. Amma çatışmazlıqları da var. Məsələn, hava toplarında üzərində daha çox çalışmalıdı. Ulduz xəstəliyinə tutulmadan və qərarlı şəkildə çalışmaqda davam etsə, Ardadan qarşıdakı illərdə həm yığma komandamız, həm də “Real” çox fayda görəcək. Ardadan başqa Fərdi Kadıoğlu və Barış Alpər də turniri çox yaxşı keçirdi. Bizə də o zamanlar məşqçi deyirdi ki, topu yeməlisən. Biz də təəccüblənirdik. Amma o bunu hirsini ortaya qoymaq mənasında deyirdi. Fərdidə bu özəlliyi gördüm. Cinahda topu ələ keçirib hücumlara qoşulmağı çox yaxşı səviyyədədi. Bildiyimə görə, Mourinyo onun satılmasını istəmir. Portuqaliya yığmasında Pepe 41 yaşında olsa da, müdafiəni çox yaxşı idarə etdi. Ronaldo da artıq 38-39 yaşına gəlib. Onun ən çox diqqətimi çəkən özəlliyi hava toplarındakı üstünlüyüdü. Oyunsonrası penalti seriyasında iki qol vurdu. Bir penaltini də boşa verdi. Bizim komandamız üçün “bu oyunçu daha yaxşı idi, bu oyunçu yaxşı deyildi” ifadəsini işlətmək düzgün olmaz. Bütün futbolçular yaxşı mübarizə apardılar və meydanda üzərlərinə düşəni etdilər. Hamısının gözlərindən öpürəm. Burda qazandığımız təcrübəni 2032-də istfadə etməliyik. Həmin turniri italyanlarla birlikdə təşkil edəcəyik. O vaxta qədər Montella bu vəzifədə qalsa, işimiz daha rahat olar. Hər insanda olduğu kimi, hər məşqçinin də səhvləri olur. Bu, tək futbolda yox, voleybolda, basketbolda da olur. Montella özünü sübut etmiş bir şəxsdi. Görürəm ki, oyun bitən kimi yenə bəziləri onun üzərinə getməyə başlayıb. Guya dəyişiklikləri vaxtında etmədi. Əvəzetmələri 60-cı dəqiqədə etməliymiş. Artıq işin bu tərəfinə girmək lazım deyil. Buraxın, heç olmasa, bu işi o özü görsün. Montella əlindən gələni etməyə çalışır. Komanda qalib gələndə Montella yaxşı, məğlub olanda isə pis məşqçi olur. Belə şeylər yaxşı səslənmir. Xüsusilə də mənə bir ölkə prezidenti kimi belə şeyləri dilə gətirmək yaraşmaz. Biz oyundan sonra “Montella əlindən gələni etdi” dedik. Türkiyə ilk 5 komanda arasındadısa, deməli, nəyəsə nail olmuşuq. Legioner limiti? Məncə, yerli oyunçuların önünü açmaq lazımdı. Mən legionerlərin bolluğunun futbolumuz üçün yaxşı bir durum olduğunu düşünmürəm. Yoxsa futbolçu necə yetiçəcək? O vaxt Almaniya bizə qarşı oynayanda matçı tribunadan Angela Merkellə birlikdə izləyirdim. Məsut Özilin 22 yaşı var idi. Həmin oyunda o da bizə qol vurmuşdu. İndi Türkiyədə futbol məktəbi və akademiya qurur. Almaniya və “Real”dakı sistemi ölkəmizə gətirmək istəyir. Biz öz oyunçularımıza güvənməsək, klublarımızın “altyapı”sında, Məsutun akademiyasında yetişən uşaqlar necə irəli gedəcək? Onlar üçün qapıları açmalıyıq. Yəni müəyyən bir legioner limiti tətbiq etmək məqsədəuyğundu”.

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

6-07-2024, 17:0

Montella Merihə verilən cəza haqda nə dedi?

AÇ

6-07-2024, 10:0

Prezident Merihlə bağlı paylaşım etdi

Dünya futbolu

17-06-2023, 19:0

Ərdoğan ''Qalatasaray''ı qəbul etdi

AÇ / Manşet

6-07-2024, 16:0

Azərbaycanda çalışan türkiyəli Montellanın oyun üslubunu bəyənmədi

Dünya futbolu

5-07-2024, 15:0

UEFA Merih Dəmiralı cəzalandırdı - RƏSMİ

Dünya futbolu

27-12-2022, 15:0

Ərdoğan Kriştiano Ronaldo haqda nə dedi?

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
O "Qarabağ" artıq yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə