• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Heç kim stadionu tərk etmək istəmirdi…

Reportaj / Avropa Liqası

25-02-2024, 15:0

Stadionun C – “Xankəndi” qapısından çıxanda qeyri-ixtiyarı telefonun saatına baxıram.

Artıq 00.38-di. Sonuncu dəfə Bakıda stadiondan nə vaxt belə gec çıxdığımı xatırlamağa çalışıram. Nəsə tapa bilmirəm. Bəlkə heç tapmağa da çalışmıram. Bu gecənin heç bitməməsini, stadiondan hamıdan gec ayrılmağı istəyirəm. Ayaqlarım evə çəkir, qəlbim isə hələ də meydanda və stadionun ətrafında bu möhtəşəm uğuru qeyd edənlərin yanındadı.

Azərbaycanlı uğur acıdı – “Qarabağ” adı olan hər şeydə və hər yerdə. Odu ki, tribunaların tam dolması, azarkeş əzəməti şəxsən mənim üçün gözlənilməz olmadı. Hə, Portuqaliyadan gələn 64 fanat da öz yerini tutmuşdu, amma 32 min yerli azarkeşin dəstəyi fonunda onlar nə edə bilərdi ki?! Bu dəstək məqamına bir daha dönəcəm.

Portuqaliyalı məşqçi Artur Jorgenin (nə qəribə: “Braqa”nın çalışdırıcısı ilə ad-soyadı eynidi) xatirəsinə birdəqiqəlik sayğı duruşundan sonra “İmarət”in üzərində Milli Qəhrəman Allahverdi Bağırovla Qurban Qurbanovun əl sıxarkən təsvir olunduğu və “Ruhumuz şaddı” yazılan xoreoqrafiyası göründü. Və bunun ardından qonaq oyunçuların topa hər toxunuşunu müşayiət edən qulaqbatırıcı uğultu.

Oyun istədiyimiz axarda gedirdi, “Qarabağ”ın oyunçuları (özəlliklə Lunyov), topdaşıyanlar incəliklə “vaxt öldürürdü” deyə, qonaqların çalışdırıcısı Artur Jorje çox tez özündən çıxdı. Artıq 20-ci dəqiqədə topdaşıyan uşağın üstünə çəmkirdi. Qurban bəy isə ilk yarıda hakimin texniki zona qaydasını pozmaqla bağlı iradıyla üzləşdi.

“Qarabağ” azarkeşlərinin ilk yarıdakı dəstəyi ziqzaqvari idi. Onlar gah şüarlar, səs-küy ilə meydanı rəqibə dar edir, gah da səssizliyə qərq olurdu. Mənə elə gəlir ki, bu çatışmazlığı aradan qaldırmaq lazımdı. Azarkeş kütləsini hərəkətə gətirmək, onları 90 dəqiqə ərzində “ayaqda saxlamaq” üçün amiqolar lazımdı.

Fasilədən sonra “Qarabağ”ın oyunçuları təxminən 2 dəqiqə qonaqları meydanda gözlədi. Və hər kəs böyük çətinlik çəkmədiyimiz, hətta real qol vəziyyətləri yaratdığımız ilk yarının ardından növbəti mərhələ ilə bağlı xəyallar qurarkən Elvin Cəfərquliyev özünü göstərdi. Cəmi 4 dəqiqə aralığında qazanılan iki sarı vərəqəyə izah tapmaq çətindi. Yüzdəyüz əminəm ki, “Qarabağ” növbəti mərhələyə adlamasaydı, məhz cinah müdafiəçisi “qurbanlıq qoyun” olacaqdı. İndi isə sadəcə, növbəti oyunu buraxacaq biridi. Yeri gəlmişkən. UEFA Elvinlə bağlı intizam işi açmasa yaxşıdı, axı o, meydanı tərk edərkən bolqarıstanlı referiyə tərəf tüpürməyi də unutmadı.

Elvinin “qırmızı”sına etiraz edən Qurban bəy də cəzalandı, baş məşqçinin Toral Bayramovla əvəzlədiyi Benzya da narazılığını gizlətmədi. Ümumiyyətlə, 57-ci dəqiqədən sonra tribunalara toplaşanların əhval-ruhiyyəsi, azarkeşliyin xarakteri dəyişdi.. Xorla “UEFA - mafiya” qışqıran publikadan indi daha çılğın dəstək, necə olur-olsun, rəqibin irəliləməsini əngəlləmək tələb olunurdu. Düzdü, “Braqa” kimi təcrübəli və güclü rəqiblə oyunda bunu bacarmaq çətindi. Hər halda, 120+2-ci dəqiqəyə qədər içimiz-içimizi yedi. Bir çox aparıcı oyunçunun meydanı tərk etdiyini nəzərə alsaq, şəxsən mən penalti seriyası barədə də bədbin düşünürdüm. Yaxşı ki Nəriman Axundzadə meydana çıxdı və Braqada qaçırdığı inanılmaz imkana görə onu həftəboyu qınayanların könlünü oxşadı. O da, sonradan oyuna qoşulan bir başqa futbolçu – Mateus Silva da günahını yudu. Məhz bu iki futbolçu “Qarabağ”ın Portuqaliyadan daha rahat hesabla dönməsinə mane olmuşdu. Tarixi qolu Nəriman vurdu, ancaq matçın adamı, qeyd-şərtsiz, Marko Yankoviç idi. Montenerqrolu yarımmüdafiəçi həm səfərdə, həm də evdə inanılmaz şeylər bacardı. Təsadüfi deyil ki, Qurban bəy də oyundan sonra məhz onu qucağına alıb havaya qaldırdı, təşəkkürünü belə ifadə etdi.

Təbii ki, atəşfəşanlıq da oldu, hər kəs meydana axışmağa, “Qarabağ” camiəsinin sevincinə qoşulmağa tələsdi. Futbolçular stadion boyunca dövrə vurdu. Oyundan 30-40 dəqiqə sonra da heç kim tribunaları tərk etmək istəmirdi. Hər kəs bu tarixi hadisənin şahidi və parçası olmaq niyyətindəydi. Və buna görə kimisə qınamaq da olmaz! Kim bilir, bir də nə vaxt belə böyük futbol sevinci yaşayacağıq?!

ORXAN

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

18-02-2024, 21:0

“İmarət” “Qarabağ Ordu” ilə birləşmək təklifini yaxın buraxmadı – “Braqa” üçün olsa da belə!

Aktual / Avropa Liqası

18-12-2023, 12:0

“Stadionun dolmamasının əsas səbəbi işin düzgün qurulmamasıdı”

Manşet / Avropa Liqası

18-02-2024, 15:0

“Portuqaliyalı jurnalistlər oyunsonrası mətbuat konfransında etiraf etdilər ki...” – Şəmsəddin Abbasov

Premyer-liqa / Manşet

18-11-2022, 21:0

“Kəpəz” azarkeşi: “Komandaya əlavə motivasiya vermək üçün stadionun girişində pirotexniki vasitələr yandırdıq"

Manşet / Yazarlar

17-07-2023, 16:0

BOS yaxşıdı, amma “Qarabağ” üçün deyil! - KÖŞƏ

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə