Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama

22.04.2026 16:00 41
Aktual / Ölkə futbolu
Bizon ölkə kubokunun yarımfinalı mərhələsinin cavab matçında “Qarabağ”ı qəbul etməyə hazırlaşan “Sabah”ın işi çətinə düşüb.

Xatırlayırsızsa, “bayquşlar”ın “qol silahı” Coy-Lens Mikesl premyer-liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirilən matçda zədələndi. Sonradan üzə çıxdı ki, futbolçunun üz nahiyəsində sınıq var.
Bəs, almaniyalı yaşıl meydana nə vaxt qayıdacaq?

Əsas məsələ: “Qarabağ”la matçı buraxıb-buraxmayacağı dəqiqləşibmi?

Bu sualla “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bildirdi ki, Mikelsin oynayıb-oynamayacağı baş məşqçi Valdas Dambrauskasın qərarından asılıdı.

Xatırladaq ki, “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR