17 yaşadək qadın futbolçulardan ibarət millimizin baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. U-17-yə müvəqqəti olaraq əsas milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.
Nərgiz Qurbanova 2022-ci ildən U-17 millisini çalışdırırdı.