“Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!

22.04.2026 18:04 27
Ölkə futbolu
Bizon ölkə kubokunun yarımfinal mərhələsinin bu gün keçiriləcək “Sabah” - “Qarabağ” oyununa boyük maraq var.

"Football-plus.az" xəbər verir ki, matç üçün satışa çıxarılan bütün biletlər satılıb. Bu haqda “Sabah”ın yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, "Bank Respublika Arena"nın 8900 tamaşaçı tutumu var.

Oyun saat 20.00-da başlanacaq.

Bu komandaların ilk matçı 2:2 hesabı ilə yekunlaşıb.