• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” Azərbaycan futbolunun yeni tarixini yazdı - REPORTAJ

Reportaj / Avropa Liqası

24-02-2024, 15:0

Avropa Liqası, pley-off, cavab oyunu
Qarabağ – Braqa (Portuqaliya) 2:3, əlavə vaxtda (0:0, 0:2, 2:1)


99. Andrey Lunyov
44. Elvin Cəfərquliyev
13. Bəhlul Mustafazadə
55. Bədavi Hüseynov (k)
29. Marko Veşoviç
(90. Nəriman Axundzadə, 108)
6. Julio Romao
(66. Patrik Andrade, 108)
8. Marko Yankoviç
7. Yassin Benzya
(27. Toral Bayramov, 60)
10. Abdulla Zubir
(19. Redon Cica, 116)
15. Leandro Andrade
(2. Mateus Silva, 74)
18. Olavio Juninyo
(17. Hamidu Keyta, 74)
Ehtiyat oyunçular
23. Luka Quqeşaşvili
89. Amin Ramazanov
5. Maksim Medvedev
81. Kevin Medina
24. Aleksey İsayev
30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

1. Mateus
4. Siku Niakate
15. Paulu Oliveyra
(5. Sərdar Saatçı, 91)
2. Viktor Qomes
(7. Bruma, 63)
26. Kristian Borxa
(20. Roni Lopeş, 69)
16. Rodriqo Salasar
(10. Şer Ndur, 54)
22. Luiş Pitsi
(14. Alvaro Calo, 46)
28. Joau Moutinyo
(18. Viktor Karvalyo)
11. Rocer Fernandeş
23. Simon Banza
9. Abel Ruis (k)
Ehtiyat oyunçular
12. Tyaqo Sa
91. Lukaş Horniçek
6. Joze Fonte
17. Co Mendes
55. Çissumba
90. Cibril Sumare
Baş məşqçi: Artur Jorje

Qollar: R.Fernandeş, 70 (0:1). A.Calo, 83 (0:2). M.Silva, 102 (1:2). S.Banza, 115-p. (1:3). N.Axundzadə, 120+2 (2:3).
Vərəqələr: J.Romao, 35. E.Cəfərquliyev, 53. V.Qomes, 55. T.Bayramov, 85. P.Oliveyra, 86. M.Veşoviç, 90+1. A.Calo, 100. Ş.Ndur, 110. B.Mustafazadə, 111. S.Banza, 120+3 – sarı. E.Cəfərquliyev, 57 – qırmızı (ikinci sarı).
Hakimlər: GEORGİ KABAKOV, Martin Marqaritov, Diyan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
VAR hakimi: İvaylo Stoyanov (Bolqarıstan).
VAR hakiminin köməkçisi: Draqomir Draqanov (Bolqarıstan).
Hakim-inspektor: Petteri Kari (Finlandiya).
UEFA nümayəndəsi: Fredi Furst (Polşa).
22 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 31200 tamaşaçı.
İlk oyun - 4:2.

14 (8) qapıya (“çərçivə”yə) zərbə 22 (8)
5 künc zərbəsi 5
4 ofsayd 2
17 qayda pozuntusu 18
6 (1) sarı (qırmızı) vərəqə 5 (0)
45 topa sahibolma (faizlə) 55

Matçın əhəmiyyəti bəllidi. Tarixində ilk dəfə pley-offa çıxmış “Qarabağ” uğuru 1/8 finala vəsiqə qazanmaqla taclandırmaq istəyirdi. “Braqa” isə altıncı dəfə bu məqsədə çatmaq üçün meydanda idi. Həm ilk oyunun hesabı, həm azarkeş dəstəyi “köhlən atlar”ın üstünlüyünə işarə verirdi. Lakin qonaqların təcrübəli və usta futbolçularının varlığını da unutmamışdıq.

İlk dəqiqələrdə “silah ustaları”nın ardıcıl hücum cəhdləri uğursuz oldu. Öncə Banzanın qapıya zərbəsi qeyri-dəqiq alındı, digərində Lunyov irəli atılıb Fernandeşin “çərçivə”yə tuşladığı topa yiyələndi. “Qarabağ”ın hücumları da özünü çox gözlətmədi. Lakin Zubirin qarşısı dərhal alındı. Topu itirməyən “köhlən atlar” hücuma Elvinlə davam etsə də, bu dəfə Qomes yaxşı oynadı. Az sonra Elvinin zərbəsi qapıya paralel formada şütüdü. Benzyanın Zubirə, ikincinin Juninyoya ötürməsi də fayda vermədi. Daha dəqiqi, Nyakate topa braziliyalıdan tez çatdı. Növbəti epizodlarda qapıçı Mateus Andrade və Yankoviçin tutarlı zəbələrini dəf etdi. Birinci hissənin sonlarında Juninyo yaxın məsafədən Zubirin ötürməsini qapıya göndərə bilmədi. Ardından Leandro eyni səhvi təkrarladı. Portuqaliyalı yarımmüdafiəçi ləngliyi üzündən Mateusun topu yiyələnməsinə şərait yaratdı. Halbuki fərqlənmək üçün əla fürsət var idi. “Braqa”dan sadəcə, Ruis iki dəfə bəxtini sınadı ki, “Qarabağ”ın müdafiəsi keçilməz oldu. Göründüyü kimi, bura qədər portuqaliyalıların tutarlı hücum cəhdi qeydə alınmadı. Belədə qəzəbli Jorjenin meydan kənarından xəbərdarlıqlarını görmək mümkün idi. Görünür, məhz bu amil baş məşqçinin ikinci hissə başlar-başlamaz zəif çıxış edən Pitsinin Calo ilə əvəzləməsinə səbəb oldu. Lakin bu dəyişiklik də fayda vermirdi. Rəqib topa nəzarəti ələ keçirmək istəsə də, “Qarabağ” tərəfindən qarşısı alınırdı. Bu ərəfədə Yankoviç Andradenin ötürməsini dəyərləndirə bilmədi. Mateus yenə yerində idi.

53-cü dəqiqədə “silah ustaları” Fernandeşlə irəli atıla bildi. Vacib məqam isə Elvinin onu kobud müdaxiləylə yerə yıxaraq dayandırması oldu. Kabakov sarı vərəqəsini yarımmüdafiəçidən əsirgəmədi. Məhz bu epizod oyunun axarını dəyişdi. Çünki 4 dəqiqə sonra Elvin yenə Fernandeşi yerə yıxdı və bu dəfə ikinci “sarı”nın “qırmızı”ya çevrilməsiylə meydandan qovuldu. Beləliklə, “Qarabağ” mübarizəyə azlıqda davam etməli oldu. Oyunboyu fəal olan Fernandeş 70-ci dəqiqədə Brumanın cərimə meydançasına ötürməsindən yararlanıb hesabı açdı. Bu epizodda Toral da inamsız oynadı. 79-cu dəqiqədə Ruisin Fernandeşin ötürməsiylə vurduğu qol isə sayılmadı. Çünki VAR-ın incələməsindən sonra kapitanın topa qoluyla toxunduğu bəlli oldu. Artıq “Braqa” meydanın yeganə hakimi idi. Qonaqlar ardıcıl hücumlarla növbəti dəfə fərqlənmək istəyirdi. Meydan sahiblərində isə yorğunluq özünü göstərirdi. Belədə Artur Jorjenin komandası yenə fərqləndi. 83-cü dəqiqədə Calo Karvalyonun sol cinaha ötürdüyü topu uzaqdan zərbəylə tora qovuşdurdu. İndi hücum etmək sırası “Qarabağ”da idi. Lakin çox yaxşı fürsətdən faydalanmaq mümkün olmadı. Toral bir neçə rəqib futbolçu arasından sıyrılaraq Keytaya ötürmə etdi.

Sonuncunun qapı önünə göndərdiyi topa isə Silva sahiblənə bilmədi. O, qolkiperlə mübarizədən məğlub ayrıldı. İkinci hissənin sonuncu təhlükəli epizodunda Lunyov Calonun zərbəsini ustalıqla dəf etdi. Belədə iki oyunun nəticəsinə görə hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyuldu.
İlk 15 dəqiqə Calonun uzaqdan zərbəsiylə başladı ki, Lunyov dərhal topa sahib çıxdı. 100-cü dəqiqədə Calonun Mateusa qarşı aşkar kobudluğuna görə qonaqların qapısına cərimə zərbəsi təyin olundu. Yankoviçin qapı önünə asmasını müdafiəçilər geri qaytarsa da, Mateus topa elə zərbə vurdu ki, dünyanın ən güclü qapıçısı belə onun qarşısını ala bilməzdi. Əlbəttə, bu qol “ölüm ayağında olan” ümidləri dirçəltdi. Təbii ki, 115-ci dəqiqədə Bəhlulun səhvi üzündən “Qarabağ”ın qapısına təyin olunan penaltiyə qədər… Banza ağdamlıları cəzalandırdı.

Amma bu oyunda son sözü “Qarabağ” dedi. Möhtəşəm təsir bağışlayan Yankoviçin qarşısını qonaqlar mərkəzdə kobudluq hesabına aldı. Belədə hakim cərimə zərbəsi təyin etdi. Bədavi isə dərhal topu oyuna daxil etdi. O, “kürə”ni rəqibin qapısı yaxınlığında olan Nərimana ötürdü. İlk oyunda sonuncu dəqiqələrdə qaçırdığı qol epizoduna görə ciddi tənqidlərə məruz qalan futbolçu bu dəfə bacardı! Bəli, o, portuqaliyalıların təcrübəli futbolçuları Calo, Sərdar, Nyakate və nəhayət, qolkiper Mateusun müdaxiləsinə baxmayaraq, topu “çərçivə”yə göndərdi. Beləliklə, ümumi hesab – 6:5! Və “Qarabağ” Avropa Liqasının 1/8 finalına yüksəlmək üçün lazım olan nəticəni təmin etdi! Özü də 10 nəfərlə…

Təşəkkürlər, “Qarabağ”!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

22-02-2024, 20:0

“Qarabağ” - “Braqa”: START HEYƏTLƏRİ

Avropa Liqası

3-02-2024, 15:0

"Qarabağ"ın "Braqa" ilə oyunlar üçün iştirak ərizəsi - SİYAHI

Manşet / Avropa Liqası

15-02-2024, 23:0

Start heyətləri bəlli oldu - oyuna 1 saat qaldı

Avropa Liqası

21-02-2024, 10:0

"Braqa"nın "Qarabağ"la cavab oyunu üçün heyəti

Premyer-liqa

11-02-2024, 18:0

“Qarabağ” - “Sabah”: - START HEYƏTLƏRİ

Ölkə kuboku

21-12-2023, 13:0

"Qarabağ" - MOİK: START HEYƏTLƏRİ

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə