• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

BOS yaxşıdı, amma “Qarabağ” üçün deyil! - KÖŞƏ

Manşet / Yazarlar

17-07-2023, 16:0

“Qarabağ” iyulun 19-da Çempionlar Liqası çərçivəsində “Linkoln”la cavab görüşünə çıxacaq. Çempion səfərdən qələbə ilə dönməklə, demək olar ki, cavab görüşünü formallığa çevirib. Çərşənbə günü Bakı Olimpiya Stadionunda möcüzə baş verməsə, ağdamlılar növbəti mərhələyə adlayacaq, daha dəqiqi, ÇL-in qrupuna düşmək uğrunda mübarizəni davam etdirəcək.

Səfərdən qələbə ilə qayıtdığını nəzərə alsaq, məntiqlə “Qarabağ” 68 minlik stadionda tək-tənha görünməməli, lazımi azarkeş dəstəyi ilə əhatə olunmalıdı. Amma olunacaqmı, stadiona çox demirəm, heç olmasa, 25 min azarkeş gələcəkmi? Bax, bu məqam günlərdi məni düşündürür və qəlbimin dərinliklərində heç cür ümidverici cavab tapa bilmirəm.

Zahirən stadionlar cansız varlıqdı da – daş, qum, sement, yəni beton qarışığı, plastik oturacaqlar, metal konstruksiyalar və s. və i.a. Ancaq istənilən stadion həm də hansısa bionerjinin daşıyıcısıdı. "Futbol+"ə açıqlama verən Aqil Abbas cavab görüşünün BOS-a salınmasından narazılığını bildirərkən “Tofiq Bəhramov”a işarə ilə “orda çoxsaylı oyunların enerjisi var” deyib. Amma təkcə oyunlarınmı? Yox, Aqil bəy, indiyə qədər o stadiona yolu düşən, həyatının ən gözəl anları ora ilə bağlı olan milyonlarla azərbaycanlının da enerjisi var. Biz həyat enerjimizi illərlə əyləşdiyimiz oturacaqlara keçirmişik, bizdən sonra həmin oturacaqlarda əyləşənlər də o enerji ilə yükləniblər, beləcə nəsildən-nəslə keçən enerji, bionerji zənciri yaranıb. Yadımdadı, əvvəllər oturacaqlar taxtadan idi, onların üzərində əyləşib futbola baxmağın, atdanıb-düşməyin də bir ayrı ləzzəti var idi. Mən ölüm, məhz o tribunalarda qol sevinci altında heç tanımadığımız adamlarla qucaqlaşmamışıqmı, sarmaş-dolaş olmamışıqmı? Sizi bilmirəm, şəxsən mən olmuşam və bunu da emosiyaların nəzarətdən çıxması kimi dəyərləndirib sakitcə üzərindən keçmişəm.

“Qarabağ”ı “Bəhramov”dan BOS-a aparmaq həm də o bioenerjidən məhrum etmək deməkdi. Faktiki çempion ən tarixi qələbələrinin qeydə alındığı stadiondan çox nəhəng, amma futbola baxmaq üçün qətiyyən əlverişli olmayan, futbolçunun azarkeş dəstəyini duymadığı, azarkeşin və jurnalistin meydanda yaşananları diqqətlə izləyə bilmədiyi idman qurğusuna “sürgün olunur”. Heç bilmirəm bu fikri mənə qədər də səsləndirən olubmu, olubsa da belə, günahımdam keçsin, necə deyərlər, təkrar biliyin anasıdı: BOS-a bilet alan hər kəsə üzərində binokl da hədiyyə olunmalıdı ki, meydanda yaşananları görə bilsin, əslində orda keçirilən oyunlara televizorda baxmaq daha yaxşı effekt verir, nəinki canlı baxmaq. Hörmətli millət vəkili ilə başdan-sona qədər razıyam: ora dövlət tədbirləri konsert, qurultay, Olimpiada üçün uyğundu, nəinki “Qarabağ”ın cavab görüşü üçün!

BOS-un bütün tribunaları dolarsa, anşlaq yaşanarsa, bəlkə də yaşıl meydana çıxan futbolçu hansısa dəstək effekti, ətrafda onu irəli, qələbəyə səsləyən güc olduğunu hiss edər. “Linkoln”la cavab görüşü üçün 68 min demirəm, 28 min azarkeş uman klub, adam hədsiz dərəcədə nikbin birisi olmalıdı. Ağdam klubu oyunu bu stadionda keçirməyə razılıq verməklə özünü bioenerjidən də, azarkeş dəstəyindən də məhrum edib. Mənim üçün çox maraqlı olan məqamlar var. İlk növbədə onu düşünürəm ki, rəqib “Linkoln”dusa, lap elə Suraxanı stadionu ilə də kifayətlənmək olardı. “Qarabağ”ın ev oyunlarını keçirdiyi stadiondan da bərbad stadionlarda avrokubok oyunlarını dəfələrlə izləmişik. Odu ki, bu mənada problemlə üzləşə biləcəyimizi düşünmürəm. İkinci variant isə “Bakcell Arena”dı ki, bu variantın heç müzakirə olunmamasının səbəbini anlamıram.

Doğrudanmı səbəb həmin stadionun “Qarabağ”ın əsas və əzəli rəqibinə məxsus olmasından ibarətdi? Kimsə məni belə gülünc dəlilə inanmağa səsləməsin, çünki inanmayacam. Avrokubok oyunları ölkəmizdə əzəli-əbədi rəqibləri də vahid çətir altında birləşdirir, belə oyunlarda “Qarabağ” azarkeşinin “Neftçi”yə, “Neftçi” azarkeşinin də “Qarabağ”a dəstək verməsi tam mümkün variantdı. Hərçənd indiki məqamda heç kiminsə kiməsə dəstək verməsindən də söhbət getmir. Sadəcə, “Qarabağ” bu oyun üçün “Neftçi”nin stadionunun xidmətindən yararlana bilərdi və buna görə kimsə Ağdam klubunu qınamazdı.

Amma indi hansı durumla üz-üzəyik? Sirr deyil ki, “Qarabağ” “Linkoln”a qarşı az qala boş tribunalar önündə oynayacaq. Lap bionerjini-filanı da bir kənara qoyaq, teleeffekt də bərbad olacaq, futbolçu irəli atılmağa motivasiya tapa bilməyəcək, hər kəs və hamımız “Bəhramov”da görməyə öyrəşdiyimiz ÇL ab-havası üçün darıxacağıq. Dəyərdimi?

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

27-06-2023, 22:0

"Qarabağ" - "Linkoln" görüşünün hakimləri

Ölkə futbolu

17-07-2023, 13:0

"Qarabağ" BOS-da məşqə çıxdı

Ölkə futbolu / Çempionlar Liqası

6-07-2023, 10:0

"Linkoln"la oyunlar çox çətin olacaq" - Julio Romao

Manşet / Çempionlar Liqası

12-07-2022, 21:0

"Qarabağ" "Lex"i darmadağın etdi

Çempionlar Liqası

20-06-2023, 16:0

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli oldu

Çempionlar Liqası

14-07-2022, 11:0

"Qarabağ"ın oyunu yenə birinci oldu - Çempionlar Liqası

Aktual
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
Son xəbərlər
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə