• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

22-04-2026, 23:0

"Sabah"ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bizon ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Sabah"la baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis qarşılaşmanın taleyini həll edən penalti epizodu barədə danışıb:

"Fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini görmək olurdu. Amma Rəhim Həsənov yəqin açıqlamasını verəcək. Son saniyədə belə epizodun olması daha çox gərginlik yaradır. Bəzən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salınır, xeyr. "Sabah" finala layiq idi. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Əlavə güc lazım idi. Epizodu penalti kimi gördüm. Olan şeylərdi".

Baş məşqçi son oyunlarda VAR sisteminə müraciət edilməməsi ilə bağlı sualı belə cavablandırıb:

"Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Hakimlik məndən uzaq sahədi. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır".

Qurban Qurbanov oyundan sonra yaşanan gərginliyə və futbolun emosional tərəfinə toxunub:

"Futbolçularla hakimlər arasında gərginlik oldu. Paltardəyişmə otağının qarşısında olanları görmədim. Bəzən belə emosiyalar futbolu daha gözəlləşdirir. Nadir hallarda belə anlar olur. Çempionlar Liqasının finalında da bəzən belə şeylər görürük. Bu emosiyalar futbolu daha gözəlləşdirir".

Mütəxəssis ölkə futbolunda hakim qərarlarından sonra yaranan kənar müzakirələrə münasibət bildirib:

"Hadisələr hakim qərarlarından sonra baş verənlərdi. Hakimlərə o qədər basqı olur ki, bilmir özünü necə idarə etsin. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Bəzən onlara yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Məncə, ili sakit formada başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsüm daha diqqətli olarlar. Hər biri özümüzündür, azərbaycanlılardı. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə çox basqı onları səhvlərə aparır".

Titulsuz mövsüm və komandanın fiziki durumu barədə danışan baş məşqçi bunları qeyd edib:

"Dünya futbolunda da belə hallar gözləniləndi. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Çempionlar Liqası bizi çox yordu. Belə deyək, "suyumuz çıxdı". Avropadakı böyük komandalara baxanda da eyni situasiyadı. Məsələn, "Liverpul" bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün enişdədi. Çempionlar Liqası elədi ki, bir addım irəli gedəndə yorğunluq daha artır. Dünya futbolunda belə təcrübələr çoxdu. Düzdü, ola bilsin, premyer-liqaya çox yaxşı köklənə bilmədik. Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Məsuliyyətimizi başa düşürük. Biz də çox çalışdıq, səviyyəmizi qoruya bildik. Ciddi narahatlığım yoxdu. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çətinliklər olsun. Bunlar normaldı. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların güclənməsi ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. "Sabah"a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma buna ehtiyac yoxdu. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olub. Belə oyunlar həmişə ailəni möhkəmləndirir".

Məşqçi təcrübəli müdafiəçi Bədavi Hüseynovun "Nyukasl"la oyundan sonra demək olar ki, oynamamasının səbəbinə aydınlıq gətirib:

"Bədavi təcrübəli oyunçudu. Mateus Silvanı istəyirəm ki, daha da bərk müdadiəçi edim. O mövqedə təcrübəsinin artmasını istədiyim üçün şans verirəm. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. İndi oynamamasının səbəbləri özümüzdə qalsın".

Mütəxəssis daxili çempionatdakı oyun tempi və hakim amilinə toxunub:

"Oyunun tempini yaxşı edən həm də, hakim Rəvan Həmzəzadə idi. Onun idarəçilik etdiyi oyunlarda oyun az dayanır. Hər epizoda fit çalmır. Oyunu sona kimi davam etdirməyi sevən biridi. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu".

Qurban Qurbanov qapıçı Fabian Buntiçin mümkün gedişi barədə sualı cavablandırıb:

"Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin, danışığımız olacaq".

Baş məşqçi komandasının azlıqda qaldığı qırmızı vərəqə epizodu barədə kəskin danışıb:

"Epizoda baxdım. Yəqin, məni hamı səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu "qırmızı" sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardı. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi. Çox istəyərəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidi. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdi. Bu hallar olur. Normal qəbul etmək lazımdı. Yekunda hamının fikri ölkə futbolunun faydası üçün olsun".

Yekunda mütəxəssis hakimlərin ümumi performansı və potensialı barədə fikirlərini tamamlayıb:

"Potensiallı hakimlərimiz var. Üzülürəm ki, onlar belə texniki səhvlər edirlər. Bu il hakimlər üçün sanki kabusdu. İllərdi onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər".

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

27-02-2025, 19:0

"Azarkeşlər üçün heç də maraqsız oyun olmadı" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

31-05-2025, 22:0

"İnqilab illərin təcrübəsini göstərdi, oyunu çox ağıllı idarə etdi" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

3-04-2026, 23:0

“Təki azarkeşlər zövq alsın, uduzsaq da, olar” – Qurban Qurbanov

Premyer-liqa

11-02-2023, 19:0

"Həmin epizoda yenidən baxmaq lazımdır" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

30-07-2024, 22:0

Aleksey Kaşuk "Qarabağ"da? - Qurban Qurbanov açıqladı

Manşet / Konfrans Liqası

22-02-2023, 23:0

"Futbolçularımın məsuliyyətli yanaşmaları məni da belə oyunlardan əvvəl rahatlaşdırır" - Qurban Qurbanov

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 20:10
    "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə