• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milli komandaya yerli baş məşqçi gəlməsə, heç bir oyuna baxmayacam”

Yığma / Manşet / Müsahibə

19-01-2024, 20:0

Məlik Gülməmmədlini əksər futbol veteranları tanıyır.

Məlik kişinin yaxşı arxivi var. Veteranlarımızın doğum və anım günlərini sosial şəbəkə hesabında daim yad edir. Amma bu dəfə diqqətimizi başqa səpkili paylaşımla çəkdi. "Milli komandaya yerli baş məşqçi gəlməsə, futbolda 50 illik azarkeşliyimə son qoyub heç bir oyuna baxmayacam" yazmışdı. Onu daha yaxından tanımaq və belə radikal mövqeyinə işıq salmaq istədik.

Məlik Gülməmmədli Qobuda anadan olub, həyatını burda keçirib. "Neftçi"nin oyunlarına 58 ildi baxdığını deyir. Futbola aid nadir ədəbiyyat bilicisi olduğunu da bu müsahibədən öyrəndik.

"Atamgillə 1966-cı ildə "Neftçi"nin oyunlarına baxmağım, televizorun hara qoyulduğu yadıma gəlir... Qobudan "Nizami" metrosunun önünə avtobus gedirdi. Ordan da metroyla Tofiq Bəhramov adına stadionun yanında yerləşən "Gənclik" stansiyasına üz tuturduq. O zaman "Neftçi"yə aid çoxlu şeirlər-qəzəllər vardı. Heç yalan danışmağı sevmirəm. Ən azı 1200-1300 şeir-qəzəl bilridim. Əliağa Vahidin bütün yaradıcılığını əzbərləmişidim.

Var belə bir qapıçı Kosenkov kimi,
Gördü topu göydə tutur ov kimi.
Zərbəsinə kim dayanar Adilin,
Adilə qalib gələn olmaz bilin.
Tofiq Axundov topu sərrast vurur,
Gah yürüyür, gah yıxılır, gah durur.
Dostlar ona, sadəcə, "Çam-çam" deyir,
ləngimə Robert, topu qaç al deyir.
Eyləki işləri bir az bəd gəlir,
Dostların imdadına Əhməd gəlir.
Eyləki şəst ilə Tuayev gedir,
Sanki topun üstünə bir div gedir.
Qorxuludu hər topu Markarovun,
Heç olmayıb hap-gopu Markarovun.
Azarkeşlər tanıyır hamı Saşanı,
Saşa yüyürməkdə ötür dovşanı.
Azarkeşlər hamısı Qolodets deyir,
Vurduğu toplara “molodets” deyir.
Tolikin oyununa söz ola bilməz,
Sergeyin qapısından top keçə bilməz.
Qələt edərəm, bolet edərəm futbola,
Mən həmişə bolet edərəm futbola".


- İndi də oyunları stadiondan izləyirsiniz?
- İzləyirəm, amma daha "Neftçi"ni yox, əsasən "Cəbrayıl"ı.
- Niyə məhz "Cəbrayıl"ı?
- Çünki orda məhlə uşağım Əli Nəcəfli oynayır. Əvvəl "Qarabağ"ın əvəzedicilərində idi, indi ora keçib.
- Qobuda xüsusən uşaq futbolu ilə bağlı durum necədi?
- Mən köklü qobuluyam, burda doğulmuş 7-8 babamın da adını çəkə bilərəm. Səksəninci illərdə burda futbol olub. Bakı kəndlərində elə bir komanda yox idi ki, udmasınlar. Hətta bir dəfə paytaxt "Avtomobilçi"si ilə "Spartak" stadionunda 1:1 hesabı ilə heç-heçə oynadılar, mən də tamaşıçı idim. Adi kənd komandasının SSRİ çempionatının ikinci liqasında oynayan bir rəqibə uduzmaması kiçik nəticə deyildi. Abşeron Rayon İdman Komitəsinin sədri Vaqif Əliyev qobulu idi. Ondan xahiş etmişdim 83-cü ildə Bakı birinciliyində çempion olmuş "Metallist"lə kəndimizin komandasının oyununu təşkil edək. Və 5:3 hesabıyla qalib gəlmişdik. Novruz Əzimov vaxtilə "Mehdiabad"ın heyətində "Qobu"ya qarşı oynayardı. Bir dəfə kubokun finalı idi Mehdiabadda. Düzdü, Əzimov oynamadı həmin matçda, "Qobu" səfərdə onları 4:0 uddu. İndi, təəssüf ki, Qobuda futbol, ümumiyyətlə, yoxdu... Stadionu birtəhər qoruyub saxlamışıq. Sənədli yerdi, dəfələrlə istəyiblər satsınlar, imkan verməmişik. Amma yaxşı futbolçu olmaq perspektivləri olan qobulu uşaqlar var. Məsələn, Mikayıl Cəbrayılov 12 ildi Barselonadadı. Artıq uşaq futbolundan böyük futboluna keçmək ərəfəsindədi. Özünüz bilirsiniz, Azərbaycanda tanışsız, adamsız iş görmək çətin məsələdi. "Sabah"da bir qobulu uşaq var - Vüsal Əmirəhmədov. Yarımmüdafiəçi olsa da, yaşıdları arasında iki il ardıcıl ikinci ən çox qol vuran futbolçu idi, milliyə dəvət alırdı. O zaman Saşa Yunisoğlu idi məşqçiləri. İndi əcnəbi qoyublar, xorvatdı-kimdi, dəqiq bilmirəm. Əsas heyətdə buraxmır...
- Ümumiyyətlə, Azərbaycan futbolunun indiki durumu haqda fikirləriniz maraqlıdı...
- Azərbaycan futbolunun səviyyəsi SSRİ-də elitada yerini güclə qoruyan "Neftçi" dövrlərindən daha aşağıdı... "Qarabağ" istisnadı. Bunu danmaq olmaz, nəticələri göz qabağındadı. Amma illərdi Azərbaycan futbolunda legionerlər daxil Anatoli Banişevski, Ələkbər Məmmədov, İsgəndər Cavadov, İqor Ponomaryov, Əli Rəhmanov, Asim Xudiyev, Asəf Namazov səviyyəsində futbolçu yoxdu.
- Sevimli komandanız "Neftçi"dən danışmadız...
- Vallah, sevimli komandamı düşünülmüş şəkildə bu günə qoyublar. Nə bilim e, adam fikirləşdikcə... Deyir "Futbolun həsrətinə çox yandı azarkeşlərimiz, uduzan "Neftçi"ni çox dandı azarkeşlərimiz". O vaxt "Sovetski Sport" qəzeti yazırdı ki, azarkeşlər "Neftçi" uduzanda da alqışlayır. Amma yalan idi. Tribunalardan o qədər söymüşük... Səhv etmirəmsə, "Paxtakor", bir də Minsk "Dinamo"su ilə oyunlarda iki il ara ilə çox böyük iğtişaşlar olmuşdu. Stadionda o vaxtkı milislərlə əməlli-başlı qırğın, maşınları çevirilmişdi, "Gənclik" mehmanxanasının şüşələri sındırılmışdı...
Kim azarkeşdi ona öz evi meydan görünür,
Hansı söz futbola bağlanmasa nöqsan görünür.
Rəngli ekrana baxıb bir nəfəsə hay çəkənə,
Top keçirmək araq içmək kimi asan görünür.
Nə zamandı doğma komandam sıxılır məngənədə,
Hər tamaşa edənin halı pərişan görünür.
Elə ki, "Neftçi" qızır, ortada cövlan eləyir,
Hər bir addımda bizə şöhrət ilə şan görünür.
Hesab artdıqca azarkeş qızışır, rəqs eləyir,
Vurulan toplar onun dərdinə dərman görünür.
Hər azarkeş gözünə indi bizim "Neftçi" üçün
Medal haqqında yazılmış təzə fərman görünür.
- Məlik müəllim, yazmısız ki, milliyə yerli baş məşqçi gətirilməsə, 50 illik futbol azarkeşliyimi dayandıracam. Niyə əcnəbi istəmirsiz?
- "Müəllim" yox, əmidən-dayıdan desən, yaxşı olar. Mənə müəllim deyəndə elə bilirəm müəllimlərimizi aşağılayırıq. Sualınızın cavabında deyim ki, heç bir əcnəbi indiyəcən millidə nəticə verməyib. Yalnız Robert Prosineçki istisnadı. O bizə rəqibdən qorxmamağı, hücum futbolunu öyrətdi. Qalanları istər oyun, istər nəticə baxımından heç bir uğur qazanmadı. Ona görə də istəmirəm.
- Bəs yerlilərdən hansı mütəxəssislərimizi milliyə layiq bilirsiz?
- Heç bir tanışlığım, münasibətim olmayan, bu vaxta qədər yerli məşqçilərdən millidə ən yaxşı nəticəni göstərmiş İqor Ponomaryovu istərdim. Bizim Ruslan Abdullayev, Əhməd Ələsgərov kimi baş məşqçilərimiz olub. İndi Qurban Qurbanov kimi liderimiz var. Niyə əcnəbi axtarmalıyıq?!

ORXAN

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-07-2022, 16:0

"Neftçi"də yeni məşqçi

Aktual / Ölkə kuboku

7-06-2023, 16:0

Yunis Hüseynov: “Oyun yadıma düşdükcə əsəbləşirəm”

Aktual
"Dəvətlər çox olur, sadəcə, ən yaxşıları dəyərləndirməyə çalışırıq” - “Sabah”ın çalışdırıcısı 6:1 udduqları rəqibi təriflədi
"Gəlin, bu ailəni qoruyub-saxlayaq" - Məqsəd İstanbuldan "Kəpəz"ə müraciət etdi
FIFA DÇ üçün siyahını açıqladı – türklərdən kim var?
“Belə davranışı Əliyar Ağayevə yaraşdırmadım” - Vidadi Əhmədov Rəhim Həsənovun izahatı haqda nə dedi?
“Kəpəz”lə oyun bizim üçün dönüş nöqtəsi olacaq” – Kənan Kərimov 0:7 haqda nə dedi?
“Sabah” niyə əvvəlki kimi oynamadı - milli fasilə, yoxsa “Qarabağ”la duelin yorğunluğu?
Son xəbərlər
  • Bu gün, 20:03
    “Neftçi” apreldən üzüağ çıxsa, avrokuboklara düşəcək! 
  • Bu gün, 19:30
    "Bizi qarşıda daha yaxşı qələbələr gözləyir" - Fizuli Məmmədov
  • Bu gün, 19:13
    ''Trabzonspor'' əsas bombardirini itirdi
  • Bu gün, 18:42
    Güləşçilərimiz "Zəfər Kuboku"nda iştirak edəcək
  • Bu gün, 18:20
    "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm" - Azər Bağırov
  • Bu gün, 17:57
    ÇL-də hamını arxada qoydu
  • Bu gün, 17:26
    "Dəvətlər çox olur, sadəcə, ən yaxşıları dəyərləndirməyə çalışırıq” - “Sabah”ın çalışdırıcısı 6:1 udduqları rəqibi təriflədi
  • Bu gün, 17:24
    "Karvan-Yevlax" "Kəpəz"i darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 16:56
    Volkan Dəmirəl ''ayı'' ləqəbi haqda nələr dedi? - ''Ayı güclü heyvandı''
  • Bu gün, 16:25
    Üç gündə üç FİFA referisi ifşa olundu! - "Hakimləri bu qədər gərgin, düşüncəli gördüyümü xatırlamıram"
  • Bu gün, 15:54
    Dadaşın zədəsi yenə baş qaldırıb
  • Bu gün, 15:42
    Beş şahmatçımız maksimum nəticə göstərib
  • Bu gün, 15:21
    "Səbail" tərcüməçisinə görə cərimə olundu
  • Bu gün, 14:50
    AFFA məşqçi kursunu yekunlaşdırdı
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 14:10
    "Gəlin, bu ailəni qoruyub-saxlayaq" - Məqsəd İstanbuldan "Kəpəz"ə müraciət etdi
  • Bu gün, 13:59
    Məqsəd İsayev əməliyyat edildi
  • Bu gün, 13:28
    20 min manatlıq üsyan
  • Bu gün, 12:57
    “Lans” çempionluq yarışında növbəti zərbə aldı - İCMAL
  • Bu gün, 12:36
    “Fənərbaxça” artıq şərikli liderdi
  • Bu gün, 12:05
    Kadi – Umarali 2:2 - REPORTAJ
  • Bu gün, 11:44
    “Turan Tovuz”u Əliyar Ağayev yıxdı, “Zirə” vurdu - REPORTAJ
  • Bu gün, 11:23
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:52
    "Meydan sahibləri səhvlərimizi bağışlamadı" - millimizin üzvü
  • Bu gün, 10:31
    "Turan Tovuz" Ehtiram Quliyevə görə AFFA-ya etiraz edəcək? - klub rəsmisi açıqladı
  • Bu gün, 10:00
    Əcnəbi hakimlərə ağız açmağın vaxtı çatıb, AFFA! – YAZI
  • Bu gün, 01:02
    Arda Turan yarımfinalın qapısını araladı!
  • Bu gün, 00:24
    Donçiç üçün müntəzəm çempionat bitdi
  • Dünən, 23:50
    FIFA DÇ üçün siyahını açıqladı – türklərdən kim var?
  • Dünən, 23:25
    Keyn MHL-in tarixinə düşdü
  • Dünən, 23:00
    Yeniyetmə "bayquşlar" kimlə qarşılaşacaq?
  • Dünən, 22:24
    Nəriman tərifləndi
  • Dünən, 21:53
    “Qəbələ” “Kəpəz”lə xal fərqini azaltdı - REPORTAJ
  • Dünən, 21:20
    “Neftçi” “Sumqayıt”da “Araz-Naxçıvan”ı qabaqladı - REPORTAJ
  • Dünən, 21:12
    “Belə davranışı Əliyar Ağayevə yaraşdırmadım” - Vidadi Əhmədov Rəhim Həsənovun izahatı haqda nə dedi?
Daha çox
Oxunub: 216
“Oyunda başverənlər heç ürəkaçan deyil” – Gülağa Cabbarov Əliyar Ağayevin idarəçiliyi haqda
Oxunub: 158
“Neftçi” Emin Mahmudovla bağlı vacib xəbəri açıqladı
Oxunub: 115
“O dərəcədə paslanmamışam” - Ruslan Əmircanov yaşıl meydana döndü
Oxunub: 111
“Turan Tovuz” “Turan” olur? - tovuzlular, diqqətlə oxuyun!
Oxunub: 110
"Futbolçuların alın təri, bizim haqqımız Əliyarın haramı olsun" - Ehtiram Quliyev
Oxunub: 107
Atası Bəhlulla bağlı sevindirici xəbəri açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə