• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA-nın baş katibi De Byazinin qovulmaq ehtimalından danışdı - MÜSAHİBƏ

Yığma / Manşet / Müsahibə

18-06-2023, 13:0

Dünən millimiz AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə heç-heçə edib - 1:1.

"Football-plus.az" xəbər verir ki, görüşdən sonra AFFA İcraiyyə Komitəsinin bir neçə üzvü və baş katib Sərxan Hacıyev nəticəni müzakirə ediblər. Komitə üzvlərindən matç haqda fikir öyrənmək cəhdlərimiz alınmasa da, Hacıyevlə söhbətləşə bildik.

- Görüş haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Açığı, oyunun nəticəsi o qədər də ürəkaçan olmadı. İlk hissədə komanda yaxşı təsir bağışlamadı. Fasilədən sonra kollektiv toparlandı. Bunun nəticəsində hesabı bərabərləşdirdi. Təəssüflər olsun ki, bundan artığını etmək mümkün olmadı. Lakin mən bunu əvvəlki müsahibələrimdə də demişdim. Qalib gəlsəydik də eyforiyaya qapılmağa ehtiyac yox idi. Gələcəyə baxmaq lazımdı. Futbolun, uşaq futbolunun inkişafı ilə məşğul olmaq lazımdı. Bu yöndə müəyyən işlər aparmalıyıq. Çalışırıq nəsə edək. Böyük futbolda da dəyişikliklər edək. Bilirsiz ki, İcraiyyə Komitəsinin son iclasında müəyyən qərarlar qəbul olundu. Düşünürük ki, bu öz nəticəsini verəcək.

- Sərxan bəy, 1 xal qazandıq, yoxsa 2 xal itirdik?
- Bu oyunda qalib gəlməli idik. Meydana qələbə üçün çıxmışdıq. Qələbə olmalı idi. Təəssüflər olsun ki, alınmadı. Düşünürəm ki, 2 xal itirdik. İstənilən oyunda qalib gəlmək üçün meydana çıxmaq lazımdı. Heç-heçə üçün oynamaq düzgün deyil. Fürsətdən istifadə edib azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Stadionun 50 faizindən çox hissəsi dolmuşdu. Bu arena şəhərə o qədər də yaxın deyil. Buna baxmayaraq, azarkeşlərimiz görüşə gəldi. Onların hamısına minnətdarlığımı bildirirəm. Jurnalistlər də sağ olsun ki, vaxtlarını ayırıb görüşü işıqlandırmaq üçün gəldilər. Lakin təəssüf ki, nəticə ürəkaçan olmadı.

- Jurnalistlərlə ilk görüşünüzdə demişdiz ki, şahmatla məşğul olmusuz. Bu qrupda evdə estonları məğlub edə bilmiriksə, kimisə mat etmək potensialımız var?
- Qrupumuza baxanda reallıqla danışmalıyıq. Rəqiblər bəlli olandan sonra çıxıb desəydik ki, 1-ci və ya 2-ci yer üçün oynayırıq, hər birimiz üçün qeyri-səmimi olardı. Estoniya Belçika, İsveç, Avstriya ilə müqayisədə bir az münasib rəqib idi. Lakin estonları məğlub edə bilmədik. Görünən odu ki, qrupda ilk üç yer uğrunda mübarizə apara bilməyəcəyik. Oynayırıq, əslində. Nəticələrdən belə görünür ki, çox çətin olacaq.

- Nazir və digər rəsmilər görüşdən sonra stadionu dərhal tərk etdilər. İcraiyyə Komitəsinin üzvləri isə 51 dəqiqədən sonra. Sirr deyilsə, nə haqda söhbət etdiz?
- Oyunun nəticəsi ilə bağlı müzakirələr idi.

- Oyundan sonra mətbuat konfransında Canni de Byazi dedi ki, məni qovmasalar, müqaviləmin sonuna kimi getməyəcəm. İtaliyalının İcraiyyə Komitəsi tərəfindən göndərilməsi üçün nə baş verməlidi?
- Bu, bir az çətin sualdı. Mənim baş katib səlahiyyətlərimi aşır. Oyun təzə bitib. Bu məsələ ilə bağlı İcraiyyə Komitəsinin üzvləri müəyyən fikir mübadiləsi aparacaq. Bundan sonra qərar veriləcək ki, De Byazi ilə yola davam edilsin, ya yox. Özünün də bildirdiyi kimi, noyabrın sonuna kimi müqaviləsi var. Burda bəzi amilləri də nəzərə almaq lazımdı. Həm baş məşqçinin müqaviləsi var, həm də müəyyən şanslarımız qalır. Millətlər Liqasında pley-off oynamaq ehtimalımız var. Əlbəttə ki, bu çox real olmayan şanslardı. Milli komanda nəticələr əldə etməlidi ki, biz önə gedə bilək.

- İcraiyyə Komitəsinin son iclasında sürpriz qərarlar oldu. Məsələn, İmişlidə 2 peşəkar klub fəaliyyət göstərəcək. Lakin Lənkərandan 1-ci və ya 2-ci diviziona komanda buraxılmadı. Özünüz də bildirmişdiz ki, infrastruktura fikir verəcəksiz. Bəs Lənkərandan niyə peşəkar liqalarda komanda olmadı?

- İmişlidə 2 komandanın fəaliyyət göstərməsi orda stadionun mövcudluğu ilə bağlıdı. İki kollektiv 1 arenada oynayacaq. Bundan əlavə, İmişli futbol bölgəsidi. Orda 2 komandanın olması yaxşı qarşılanır. Cənub zonasından isə Lerikdə peşəkar kollektivin formalaşmasına qərar verdik. Ola bilər ki, bundan sonra müəyyən illərdə digər komandalara da şans yaradılsın.

- İlqar Qurbanov yığmanın əsas meneceridi. O, dəfələrlə Canni de Byaziyə Emin Mustafayevin xidmətini təklif edib. AFFA-nın məqsədi ancaq futbolun inkişaf etdirməsi yollarını axtarmaq deyil. Ölkədə və kənarda olan azərbaycanlı futbolçuların axtarılması da prioritetlərdəndi. Emil Mustafayevin yığmaya çağrılmamasının səbəbi nədi? Belə prespektivli futbolçunun sonda Ukrayna yığmasını seçməsi faciə sayılmayacaq?
- Bu, daha çox texniki sualdı. Sualı De Byaziya ünvanlasaz, daha doğru olar. Onun fikirlərini eşitmək daha məqsədə uyğun olar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-04-2022, 20:0

"Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır" - Qurban Qurbanov

Aktual / Ölkə futbolu

16-06-2023, 12:0

AFFA İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə görüşüblər

Aktual / Manşet

6-10-2022, 14:0

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Ölkə futbolu

17-03-2022, 14:0

“Baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdı” -Elxan Məmmədov

Manşet / Müsahibə

17-04-2023, 15:0

İcraiyyə Komitəsinin iclasında təzminat söhbəti olmayıb - MÜSAHİBƏ

Ölkə futbolu

10-05-2023, 17:0

AFFA İcraiyyə Komitəsinin iclası nə vaxt keçiriləcək? - AÇIQLAMA

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə