• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Onları bu heyətlə qapılarına otuzdurduq"

Premyer-liqa / Manşet

23-12-2023, 22:0

"Oyun haqda danışmaq asan və çətindi. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədi. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. 18-ci tur olsa da, komandamızda güc var idi. "Sumqayıt"ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik. İki-üç oyunçu gələcək. Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. "Səbail" düzgün yoldadı, komandanın xarakteri var. "Sumqayıt" elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev premyer-liqanın 18-ci turunun "Səbail"lə(1:0) səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

-"Səbail"in xal qazanmasına nə mane oldu?
- Qısa cavab verə bilmirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. "Sumqayıt"ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Bilirdim ki, "Sumqayıt"da 60-cı dəqiqədən sonra fiziki sarıdan eniş olur. Amma oyunumuzu sürətləndirmək üçün əlimdə material olmadı. Futbolçularımı kiçiltmirəm. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq.

- İki dövrə ərzində hansısa məşqçiyə iki oyunun hər ikisində də uduzmağınızı xatırlamıram. Amma "Sumqayıt"la belə oldu. Səbəb nədi?
- Özümüzünküdü, eybi yoxdu. Azərbaycanlı məşqçinin bizi udmasında problem yoxdu. Legioner məşqçiyə uduzmadıq. Samir də bizim azərbaycanlımızdı. Yaxşı məşqçidi. Desəm ki, oyunumuz alınmır, xeyr. Elə komanda var ki, onlara qarşı oyun alınmır. Amma "Sumqayıt"la matçlarda üstün oynadıq, sadəcə uduzduq. "Qəbələ" ilə görüşdə onlar üstün oynadı biz udduq. Bu, o demək deyil ki, Şahin Diniyev Elmar Baxşıyevi uddu. Kimdənsə söhbət getmir, ümumi komandadan gedir.

- "Səbail"in bundan sonrakı məqsədi nə olacaq?
- Mən sözün arxasında dayanan şəxsəm. Demişdim ki, çempionatın ilk hissəsində olmağımızdan çox şey asılıdı. Əminliklə deyə bilərəm ki, avrokuboklar üçün oynayan hazır komanda edəcəyik. Şans varsa, maksimum istifadə edəcəyik.

- Şahin Diniyev üçün Murad Musayev və ya Adiran Mutuya uduzmaqla, Samir Abasov yaxud da yerli məşqçilərdən digərinə uduzmaq arasında ciddi fərq var? Xarici mütəxəssisin çalışdırdığı komandalara qarşı sizin xüsusi motivasiyanız olur?
- Mənim üçün şəxsi uğurdansa, komandanın uğuru vacibdi. Hansısa məşqçidən zəif ola bilərəm, əsas odu ki, komandam qalib gəlsin. İndiki məşqçilərin əksəriyyəti futbolçu dövründə komandamda oynayıb. Məni sevindirir ki, bu cür insanlar hazırda məşqçi kimi çalışırlar. Onların uğuru məni sevindirir. Amma kiməsə qarşı prinsipim yoxdu.

- Qapınıza vurulan qoldan qabaq sizcə qayda pozuntusu var idi?
- Ardıcıl iki epizodda elə epizod var idi. Düşünürəm ki, ikisindən birində qayda pozuntusu vermək olardı. VAR hər tərəfdən baxırsa, belə qərar çıxarıbsa, hörmətlə yanaşmaq lazımdı.

- Sizcə, Azərbaycanın əsas millisinə yerli, yoxsa xarici məşqçi təyin edilməlidi?
- Məşqçinin milləti olmur. Biz həmişə deyirik ki, Azərbaycanın mentalitetinə uyğun gəlsin. Heç gəlməsin. Futbolumuzu yüksəldəcəksə, hansısa mentaliteti bilmək lazım deyil. Futbolçuya bir yanaşma var, o da peşəkarcasına. Biz deyirik ki, yox, bizim futbolçu ilə başqa cür danışmaq lazımdı. Bu, düzgün baxış deyil. Yenə təkrarlayacam, yenə yazacaqsız. Bizdə baş məşqçi problemi deyil. 32 ildi bu səhvi edirik, bu da 33-cü il olacaq. Kimin gəlməsinin fərqi yoxdu. Problemi düz yerdə axtarmırıq. 32 ildir ki, noyabr-dekabr aylarında bu, jurnalistlərin sevimli mövzusudu: göndərək, kimi gətirək? Alınmır. Demək ki, problem orada deyil. Başqa yerdədi.

- AFFA istefa verməlidi..
- Misal üçün, yaxşı, yeni AFFA gətirdik...Ümumi sistemimiz yoxdu. Futbolun inkişafı üçün hansı sistemimiz var idi? 10 il oldu da. Nə baş verdi? Ancaq legionerlər gəldi, 40-50 min verdik getdilər, yenə futbolumuz qaldı belə. Utanmaq lazım deyil. Lüksemburq necə inkişafa keçdi? Utanmayaq, onların sistemini götürək. Almaniya kimi qrand finallara düşə bilmədi. Onlar başqa yol tapdılar. Hərənin bir uğur yolu var. Bizim də uğur yolumuz Şimali Makedoniya, Lüksemburq, Qazaxıstana uyğundu. İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı. Yaxşı olmağını istəyirik, amma olmayacaq. 32 ildi ki, səhv edirik.

- Coşqun Diniyev "Umraniyespor"da çox yaxşı performans göstərir. "Səbail"ə gəlib avrokuboklar uğrunda oynaması yaxşıdı, yoxsa Türkiyə klubunda qalıb birinci liqadan düşməməsi üçün oynaması yaxşıdı?
- Başqa söhbət etmək istəyirəm. Amma etmirəm. Azərbaycan futbolu üçün orada qalması yaxşıdı. "Ümraniyespor"da problemlər oldu. Amma həll edildi. Bu arada gördüm ki, Coşqunu neçə komanda istəyir. Türkiyəli meneceri ilə danışırdım. Superliqaya çıxacaq komandalar Coşqun üstündə mübarizə aparırdı. heyf ki, o, bu yolu çox gec tutdu. Potensialı böyükdü. Qurban Qurbanovun da "Qarabağ"da onun üzərində böyük əziyyətləri olub. Hərdən ona qulaq asmayıb. Coşqun orada xoşbəxtdi. Xoşbəxt adamı gətirib yenidən xoşbəxt etməyə ehtiyac yoxdu.

- Sabah "Neftçi" qalib gələrsə, "Səbail" beşinci pilləyə düşəcək. Rəhbərliklə fasilə zamanı söhbətiniz olacaq?
- İki-üç mövqe üzrə yaşıl işıq yandırılıb. Rəhbərliklə görüşmüşük. Bütün baş məşqçi sponsoru tərifləyir. Məndə belədi, xoşum gəlməyəndə, heç nə demirəm. Amma doğrudan da bizdə anlayışlı insanlardı. Ötən mövsüm 9-cu yerdə olmuşuq, bu mövsüm 8-də olacağıqsa, uğur sayılır. Lakin mən də istəyirəm ki, təməli olan komanda yaradaq. Hərdən deyirlər ki, komandanı düzəltmək üçün üç il lazımdı. Bu ilki legionerlərimiz yaxşıdı.

- Bəzi məşqçilər ölkə xaricindəki toplanışdan imtina etdi, amma "Səbail" Türkiyəyə yollanacaq. Seçimi nəyə əsasən etdiz?
- Şəraitimizin yoxdu. Məşq üçün heç bir meydançamız yoxdu. Təbii örtük üçün günlərlə meydança axtarırıq. "Qarabağ" və "Neftçi"nin öz bazası var. Heç kim öz meydançasını vermir. BOS-da gəzmək belə, təhlükəlidi, nəinki oynamaq. Mənim də şəraitim Qəbələdəki kimi olsaydı, bəlkə getməzdim. Bu gün şəraitimiz sıfırdı. Bir meydançamız var. Deyirik ki, transfarmator partladı. O həftədə iki saat yanar da. Bizdə isə, hər gün işləyir, transfarmator nə etsin? Nə qədər komandamız bu meydançada məşq edir. Zaman azlığına görə çoxları düz edir, amma mənim şəraitim yoxdu deyə, belə etdik.

- Bir çox futbolçunuz zədələnib. Burada stadionunuzun təsiri nə qədərdi?
- Statistikaya baxın, ən çox zədə hansı komandadadı? "Turan Tovuz" və "Səbail"də. Bizdəki zədələrin hamısı meniskdi. 14-15 yaşlı futbolçular meniskdi. Bunu Avropada eşitsələr, dəli olarlar. Bu yaşda belə zədə nə deməkdi? Süleyman, Cabir, Qomis - çarpaz bağları qopub. Problemdi. Bir sirri deyim. Yer tapılıb, oranı tikib, bu stadionumuzu isə təbii örtüklü etmək istəyirlər. Biri Əhmədli qəsəbəsi tərəfdədi. Rəhbərlik onu tapıb. İşlər davam edir. Akademiyanı orada tapdığımız yerə köçürəcəyik.

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

20-12-2023, 16:0

"Hesab bizi aldatmasın, asan oyun olmadı"

Premyer-liqa / Manşet

17-05-2023, 23:0

“90 dəqiqə gözəl hücum futbolu oynadıq”

Ölkə futbolu

10-04-2022, 23:0

"3:0 hesabını gözləmirdim" - Aftandil Hacıyev

Premyer-liqa / Manşet

12-11-2023, 22:0

"Qarabağ"a qarşı açıq futbol oynamaq cinayətdi"

Premyer-liqa / Manşet

25-11-2023, 17:0

"Kəpəz"in premyer-liqada qalması çox xoş olardı" - Şahin Diniyev

Premyer-liqa / Manşet

8-04-2023, 22:0

"Neftçi"yə qarşı hücum futbolu oynamamaq olmur" - Samir Abasov

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə