“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə yeni 1 illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər "Qarabağ"ın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyən Hüseynov premyer-liqada 267 oyunda 5 qol vurub. O, "Qarabağ"la 11 dəfə ölkə çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Bədavi millidə 82 matçda 1 qol vurub.