"Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı

21.06.2026 20:00 23
Ölkə futbolu
“Neftçi” kapitanlarla – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

"Football-plus.az" xəbər verir ki, yeni anlaşmaya əsasən, Eminlə "1+1" illik, Emillə isə 2 illik müqavilə imzalanıb.

2017/18 mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/24-2025/26 mövsümlərində “Neftçi”də çıxış edib və 25 rəsmi oyun keçirib.