"Zirə" legioneri ilə vidalaşdı

21.06.2026 11:52 22
Ölkə futbolu
“Zirə” futbolçusu Ayron Qomislə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti başa çatıb.

“Zirə” futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qomis 2024-cü ilin sentyabrından "Zirə"də oynayırdı. O, ötən mövsüm 35 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.