Bu barədə “Football-plus.az”a mütəxəssisin özü məlumat verib. Azər bəy bildirib ki, həm premyer-liqa, həm də 1-ci liqa klublarından təklif alıb. Sizi onun fikirləriylə tanış edirik:
“Düzdü, hələ gözləmə mövqeyindəyəm. Ancaq təkliflər var. İddialı komandada çalışmaq istəyirəm. 1-ci liqa klublarından dəvət almışam. Bəzi kollektivlərlə danışıq aparıram. Bu yaxınlarda premyer-liqa klublarından birinin prezidentiylə görüşəcəm. Böyük ehtimalla, iyunun sonuna qədər harda çalışacağım dəqiqləşəcək”.
KƏNAN BAHADIR





