"Xankəndi" məşqçisiylə vidalaşdı

21.06.2026 16:10 13
Ölkə futbolu
"Xankəndi"nin məşqçilər korpusunda dəyişiklik baş verib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçinin köməkçisi Ceyhun Cavadovla qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib.

Xatırladaq ki, "Xankəndi" ötən mövsüm 2-ci liqada çempionluğunu rəsmiləşdirərək 1-ci liqaya vəsiqə qazanıb.