Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi

22.06.2026 01:05 14
DÇ 2026 / Dünya futbolu
Futbol üzrə dünya çempionatı davam edir.

“Football-plus.az” xəbər verir ki, Bakı vaxtı ilə saat 23.00-da G qrupunda mübarizə aparan Belçika və İran yığmaları meydana çıxıb. Bu oyunda hesab açılmayıb. Beləliklə, DÇ-2026-da 3-cü qolsuz heç-heçə qeydə alınıb.

G qrupu
Belçika – İran 0:0

1. İran 2 0 2 0 2-2 2
2. Belçika 2 0 2 0 1-1 2
3. Yeni Zelandiya 1 0 1 0 2-2 1
4. Misir 1 0 1 0 1-1 1

Gecə saat 2-də Uruqvay – Kabo Verde, 5-də isə Yeni Zelandiya – Misir oyunu başlayacaq.