• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Difailərin İsa Məsihi "təqlidi” - KÖŞƏ

1-ci liqa / Yazarlar

27-11-2023, 20:0

Yeni futbol mövsümü islahatlarla yadda qaldı.

Bunlardan biri də 1-ci liqa təmsilçiləriylə əvəzedicilərin ayrı-ayrı çempionatlarda mübarizə aparması idi. Həmçinin aşağı liqada klubların sayı 10-a çatdırıldı. Yenilənmiş liqada mübarizə qoşulanlardan biri də "Difai Ağsu" oldu. 1905-ci ildə dığaların qaniçən "Daşnaksütyun" partiyasıyla mübarizə üçün yaradılan təşkilatın adını daşıyan klubun turnirdə iştirakını eşidəndə şadlanmışdım. 1-ci Qarabağ müharibəsinin iştirakçısı Asəf Məlikovun veteran dostlarıyla birgə təsis etdiyi komandanın əzmkarlığı, döyüşkənliyi ilə mübarizəyə rəng qatacağını, ağırlığını qoyacağını gözləyirdim. Amma tarixi yaddaşımızı yaşadan klub çempionata uğursuz başladı. Söz yox, MOİK, "İmişli", "Qaradağ Lökbatan", "Şamaxı" kimi güclü komandaların olduğu turnirdə Ağsu təmsilçisindən çempionluq gözləmək gülünc olardı. "Difai Ağsu"nun ilk görüşlərdəki uğursuzluğunu anlamaq olar. Asəf Məlikovun “yeni komandayıq, heyətimiz təcrübəsiz gənclərdən təşkil olunub, bəxtsizlikdən məğlub olduq, hakim bizə qarşı haqsızlıq etdi” (dediyində həqiqət payı var) ifadələrinə haqq vermək olardı. Amma 9 tura 1 heç-heçə, 8 məğlubiyyəti, 3-20 top fərqi olan klubun nəticəsinə fiaskodan başqa nəsə demək çətindi. Təbii ki, hər bir komanda yüksəliş, eniş, uğurlu seriya, qara zolağa məruz qalmaq kimi hallar yaşıya bilər. Bu futbolun yazılan-yazılmayan qanunudu. Məsələ məğlubiyyətlərin bir-birini əvəz etməsində deyil, bundan nə dərəcədə dərs çıxarıb irəli atılmaqdadı. Reallıq odu ki, "Difai Ağsu" döyüşüb vəziyyətini yaxşılaşdırmaqdan yox, məğlubiyyətdən zövq alır. Çoxları məni qınaya bilər ki, bir komanda məğlub olmaqdan niyə zövq alsın? Heç bir klub rəhbərliyi, baş məşqçi uğursuzluq seriyasında ilişib qalmaq istəməz. Məni qınayanların yanaşmasına haqq verirəm. Amma və lakin... 

Büdcəsi kasad, heyəti zəif kollektivlər inam, ümid, mübarizlik sayəsində qat-qat güclü komandaları büdrədərək uğurlu trayektoriya cızıblar. Bu hal futbol tarixində dəfələrlə olub, var və olacaq da... Təəssüf, ağsuluların vəziyyətinə baxanda belə qənaətə gəlirsən ki, onlar ümidsizlik, inamsız, mübarizəsizlik içindədi və qələbə orucudular. Deyəsən bu komandada İsa Məsihi sevənlər çoxdu. Axı, bakirə Məryəmdən doğulan Allahın "oğlu" deyir ki, "yanağınıza şapalaq vururlarsa, digər yanağınızı çevirin". Görünür, 1-ci liqa təmsilçisi bu yanaşmanı yaxşı mənimsəyib və yaşıl meydanda darmadağın olmaq, qara zolaqda boğulmaqdan həzz almaqla çarmıxa çəkilənə yaxınlığını nümayiş etdirirlər. Ən böyük faciə odu ki, bu cür əmələ görə nə Tanrı, nə peyğəmbər, nə də mələklər "Difai Ağsu" camiyəsinə nur saçır. 

Hörmət, yeri gələndə futboldan kənar mövzularda opponentlik etdiyim Asəf Məlikov komandanın acınacaqlı vəziyyəti haqda nə düşünür? Asəf əfəndi, məndən inciməyin, amma klubunuzda 1-ci problem qəribə "yerdəyişmə” islahatınızdı. Belə ki, Paşa Əliyevlə çempionata başladız. Amma uğursuzluğa görə baş məşqçinin komandadan uzaqlaşdırılmasıyla bağlı xəbərlər yayıldı. Əvvəlcə veteran futbolçudan, sonrada sizdən reaksiya alanda bəlli oldu ki, baş məşqçi səhhətiylə bağlı müalicə alır. Hətta siz dediz ki, "bizim üçün başda Paşa müəllim olmaqla bütün kollektivimizin can sağlığı hər şeydən vacibdi". Davranış təqdirəlayiqdi. Amma bundan sonra baş məşqçiylə yollarınızı ayırmadan onun yerinə Elgiz Kərəmlini gətirdiz. Paşa müəllimdə dəfələrlə vurğuladı ki, "rəsmən baş məşqçi mənəm, sadəcə, sağlamlığımla bağlı hələlik kənardan izləyirəm. Məni heç kim baş məşqçi vəzifəsindən azad etməyib". Bu cür izahı mümkün olmayan vəziyyəti necə başa düşək? Baş məşqçi postundakı ikihakimiyyətlik oyuçuları oyuna kökləməkdə də təsir göstərdi. Hələ son turdakı mənzərə komediyanın kuliminasiya nöqtəsi oldu. Baş məşqçi əvəzi Elgiz Kərəmli olsa da, komandanı "İrəvan"la səfər matçına köməkçi məşqçi Aydın Qasımov çıxarmışdı. Bunun da səbəbi o idi ki, Elgiz Kərəmli U-19 yığmasıyla birgə xarici səfərdədi. Sual olunur: "qara zolaq”da olan "Difai Ağsu"nun "de fakto" baş məşqçisi haralara gedib çıxıb? Komanda hər turda bir az da dərin batmaqdadı, ağır səfər oyununa çıxan ağsuluların baş məşqçinin sorağı ölkə xadicindən gəlir...

Asəf bəy, bu hala ən yüngül formada ifadə etsək, qeyri-peşəkarlıq, intizamsızlıqdı. Kəskin tənqidlər səsləndirmək istəmirəm. Son oyunda müdafiəçiniz Seymur Rəhimov qırmızı vərəqə alaraq meydandan qovuldu. Azlıqda qalmağımızla 2 dəqiqə 2 qol buraxdınız. Adı çəkilən futbolçunuzun "qırmızı"yla mükafatlanması mövsümdə 2-ci dəfədi. Deyə bilərsiz ki, futbol emosiyalar, səhvlər oyunudu. İstənilən futbolçu meydandan qovula bilər. Əslində isə peşəkarlaşmaq yolu tutmaq istəyən komandada belə intizamsızlığa yol verilməməlidi. 9 oyuna 2 dəfə meydandan qovulan futbolçunun başlıca səbəbi klubda baş məşqçi ağırlığının olmamasıdı. Kollektiv sabit şəkildə bir baş məşqçinin rəhbərliyi altında məşqlərə, oyunlara çıxsaydı, mütəxəssis sərəncamında olan oyunçulara tələblərini, prinsiplərini, futbol fəlsəfəsini aşılasaydı, bu gün "2 nömrə"niz inizamsızlığıyla diqqəti çəkməyəcəkdi. 

Çempionatın startından difailər donanmasının qayalara çırpılması, çirkli sularda günbəgün batmasının, İsa Məsihi "təqlid" etməyin səbəbi qeyri-peşəkarlıq, intizamsızlıqdı. 

Şəxsən ehtiyatda olan bir zabit kimi mənə faşist daşnaklara müqavimət göstərən tarixi təşkilatın adını daşıyan, ən əsası 1-ci Qarabağ müharibəsi veteranının rəhbərlik etdiyi klubun indiki acınacaqlı vəziyyətini görmək xoş deyil. "Difai Ağsu"nun vikipediyasında yazılıb: "Region Liqasında rəqiblərin kabusuna çevrilən "Difai" 9 oyunda məğlubedilməz bir kluba çevrildi". Səsləndirilən ifadəni 1-ci liqada da komandanın oyununda və nəticələrində görməki istəyənlər çoxdu. Amma bu gedişlə arzu çətin ki, reallığa çevrilsin.

Basketbol ulduzu Maykl Cordan deyir: "Mən məğlubiyyəti qəbul edə bilərəm. Amma qələbəyə cəhdlərin edilməməsini sindirə bilmərəm". 

Əzizim Asəf bəy! Sizə ağıl öyrətmək, klub idarəçiliyində yol göstərmək kimi niyyətim yoxdu. Amma məşhur basketbolçunun aforizmini stoluüstü yazınıza və amalınıza çevirsəz, yaxşı olar. 

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

1-ci liqa / Manşet

10-10-2023, 19:0

Maksimilian Şilder hara, Ağsu hara?!

1-ci liqa / Manşet

10-11-2023, 15:0

"Qaradağ Lökbatan" lider oldu, Yevlaxda "sülh" - YENİLƏNİB

1-ci liqa / Manşet

25-10-2023, 16:0

“Zaqatala” və "İmişli" qalib gəldi, yevlaxlılar uduzdu - YENİLƏNİB

1-ci liqa / Manşet

22-11-2023, 15:0

"İrəvan" "Difai Ağsu"nu məğlub etdi - YENİLƏNİB

Aktual / 1-ci liqa

18-11-2023, 16:0

"Difai Ağsu" üçün sağlamlıq önəmlidi - AÇIQLAMA

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə