"Difai Ağsu" üçün sağlamlıq önəmlidi - AÇIQLAMA

18.11.2023 16:06 347
Aktual / I liqa
Artıq bir neçə həftədi "Difai Ağsu" oyunlara baş məşqçi kimi Elgiz Kərəmli çıxarır. Buna rəğmən komandanın rəsmi baş məşqçisi Paşa Əliyev qalmaqdadı. Veteran futbolçu səhhətiylə bağlı oyunlarda iştirak etməsə də, hələlik vəzifəsindən də getməyib.

"Football-plus.az" saytı olaraq məsələylə bağlı 1-ci liqa təmsilçisinin prezidenti Asəf Məlikovdan reaksiya aldıq:

"Paşa müəllim səhətiylə əlaqədar hələlik istirahət edir. Bu, hər şeydən öndədi. Odu ki, tək Paşa müəllim yox, bütün komandamızın üzvlərinin can sağlığı bizim üçün əsasdı. Hələlik Elgiz Kərəmli "Difai Ağsu"nu məşqə və oyunlara çıxarır. Baş məşqçi postunda kimin qalıb-qalmayacağına qışda qərar verəcəyik".

ABDULLA İSMAYILOĞLU