• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

UEFA ruslarla bağlı qərarını geri götürdü

Dünya futbolu

13-10-2023, 12:0

UEFA-nın sentyabrın 26-da verdiyi gözlənilməz və anlaşılmaz qərara “Futbol+” səhifələrində dəfələrlə toxunmuşuq. Bu mövzuya həssas yanaşmağımızı şərtlərindən daha bir səbəb var idi. İş ondadı ki, qitə futbol qurumunun qərarından dərhal sonra rusiyalı həmkarlarımız bu ölkənin U-17 yığmasının məhz Azərbaycanın da yer aldığı, oyunları oktyabrın 21-27-si aralığında Serbiyada keçiriləcək seçmə qrupda mübarizə aparmasının vacibliyini vurğulayırdılar.

Bir daha xatırladaq ki, UEFA-nın sentyabrın 26-da verdiyi qərarda Rusiyanın oğlanlardan və qızlardan ibarət U-17 yığmalarının bu qurumun bayrağı altında keçirilən yarışlara buraxıldığı bildirilirdi. Onda UEFA prezidenti Aleksander Çeferin qərarı belə əsaslandırmışdı: “Uşaqların bizim turnirlərdə iştirakına icazə verməməklə yalnız onların tamhüquqlu inkişafını əngəlləmir, həm də birbaşa diskriminasiya edirik. Bu üzdən rusiyalı yeniyetmələrə bütün Avropadan olan yaşıdları ilə oynamaq və mübarizə aparmaq imkanı vermək niyyətindəyik. Belədə daha parlaq və bacarıqlı gələcək nəslə yatırım edirik”.
Bu qərarın ardından oktyabrın 4-də FİFA da Rusiyanın U-17 yığmalarının öz yarışlarında iştirakına rəsmi şəkildə icazə verdi. Yəni rusiyalı futbolçular, təbii ki, öz yaş qrupunda Avropa təsnifat mərhələsini adlayacaqları təqdirdə dünya çempionatında çıxış etmək hüququ qazandılar. UEFA-nın qərarında olduğu kimi, söhbət yenə də yığmaların “Rusiya Futbol İttifaqı” adı altında, bayraqsız və himnsiz mübarizə aparmasından, eləcə də ev oyunlarını neytral meydanda keçirməsindən gedirdi.

Nüfuzlu təşkilatlar, ciddi qərarlar, rəhbərin rəsmi səviyyədə dediyi sözlər... Ruslar düşünürdü ki, ən azı bir yaş qrupu yığmaları ilə bağlı bütün suallar aradan qalxdı. Amma yox, belə deyilmiş. Srağagün, oktyabrın 10-da UEFA rusiyalı yeniyetmələrin yarışlara buraxılmasıyla bağlı qərarını geri götürdü. Qitə futbol qurumu bu qərarı belə izah etdi: “Bu məsələ gündəlikdən çıxdı. Ona görə ki, Rusiya komandalarının oynamasına imkan verən texniki həll yolu tapılmadı”.

Görəsən, iki həftə ərzində nə baş verdi? Bildiyiniz kimi, İngiltərə, Ukrayna, Polşa, Latviya, Litva, Norveç, Danimarka, İsveç, Finlandiya və Rumıniya dərhal Rusiya komandalarına qarşı oynamaqdan imtina etdi. Təbii ki, eyni qərarı elan etməsələr də, bu fikri bölüşən federasiyaların sayı daha çox idi.
Belə düşünənlər də var ki, qitə futbol qurumu rusların iştirakına qarşı çıxanları cəzalandırmaqla gücünü göstərməliydi. Əlbəttə, bu, utopiyadan başqa bir şey deyil. Rusiyanın işğalçı müharibəni davam etdirdiyi indiki mürəkkəb hərbi-siyasi durumda bir ölkəyə görə 10-20 yığmanı yarış iştirakçıları sırasından uzaqlaşdırmaq ağlasığmaz variant olardı. Ancaq UEFA da hadisələrin mümkün axarı ilə bağlı bütün versiyaları zamanında götür-qoy etməliydi ki, sonradan belə biabırçılıq yaşanmasın, yəni qərarını geri çevirmək məcburiyyətində qalmasın. Faktiki ruslar boş-boşuna ümidləndi. Halbuki qitə futbol qurumunun real durumu öyrənmək, təhlil etmək üçün ilyarımdan artıq vaxtı olub. Belə önəmli məsələni səsverməyə çıxarmamış bütün məqamları məsləhətləşmək, qərarın fəsadlarını hesablamaq lazım idi. Kəsəsi, bu qərar ətrafında yaşananlar əməlli-başlı məzhəkədi. Necə deyərlər, eşşəyə minmək bir ayıb, düşmək iki ayıb...

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-10-2023, 16:0

Ruslar özünü də bəlaya salıb, bizi də!

Dünya futbolu

14-05-2022, 14:0

Çeferin: “Ruslar 100 il geri düşəcəklər”

Ölkə futbolu / Manşet

28-09-2023, 20:0

AFFA UEFA-nın sözündən çıxmır

Dünya futbolu

28-05-2022, 17:0

UEFA Ukrayna və Belarusu “ayıracaq”

Dünya futbolu

28-09-2023, 12:0

7 ölkə UEFA-nın qərarına etiraz etdi

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 130
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 130
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə