Mustafa daha iki il "Araz-Naxçıvan"da

7.07.2026 20:15 17
Ölkə futbolu
“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyəcək. O, 2023-cü ildən bu komandada çıxış edir.

“Araz-Naxçıvan” buna qədər Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev, və İssouf Paro ilə müqaviləni uzadıb.