"Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"

7.07.2026 23:49 37
Avrokuboklar
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyan “Vardar”ı ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib. Qolları 45-ci dəqiqədə Magassa, 49-cu dəqiqədə isə Arma vurub. “Vardar”ın futbolçusu Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, KuPS evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı iyulun 14-də keçiriləcək.

“Sabah” "Nyu Seynts" səddini aşacağı halda, məhz “Vardar” - KuPS cütünün qalibi ilə üz-üzə gələcək.