Fərid Nəbiyev "İmişli"də

8.07.2026 10:00 23
Ölkə futbolu
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb.

Fərid karyerası ərzində "Slavia Praqa", "Viktoria Zizkov", "Kəpəz", "Turan Tovuz" və "Səbail" klublarının formasını geyinib. O, son olaraq "Kəpəz"də oynayıb.