Yeni mövsümdə ardıcıl 5-ci çempionluğu qazanmaqla Türkiyə futbolunda daha öncə heç kimin bacarmadığı bir rekordu reallaşdırmaq istəyən ''Qalatasaray'' iyulun 7-dən etibarən hazırlıqlara start verdi.
Dünya çempionatında iştirak edən futbolçular iyulun 20-nə qədər icazəlidi. Viktor Osimhen iyulun 10-dan, Roland Şallai isə iyulun 13-dən məşqlərə qoşulacaq. Bu arada ''Qalatasaray''ın Con Duran və Can Uzun başda olmaqla bir çox önəmli futbolçularla danışıqlar aparmasına baxmayaraq ilk məşqə qədər heç bir transferi açıqlamaması yenə söz-söhbətə səbəb olub.
Yeri gəlmişkən, Dursun Özbəkin başqanlığı dönəmini incələdikdə görərik ki, bu artıq təsadüf yox, qanunauyğunluqdu. ''Qalatasaray'' bu başqanın dönəmində 7 yay hazırlıq dönəmi keçib. Söhbət 2015, 2016, 2017, 2022, 2023, 2024 və 2025-ci illərdən gedir.
Bu illərin yay transfer dönəmində ümumilikdə 63 futbolçu heyətə cəlb olunub və onların yalnız 5-i (!) yeni mövsümün ilk məşqinə qədər tamamlanıb. Söhbət Bilal Kısa (2015), Sərdar Əziz (2016), Əbdülkərim Bardakcı (2022), Mişi Batşuayi (2024) və Leroy Sanedən (2025) gedir. Digər 58 transfer isə mövsümün ilk məşqinə yetişdirilməyib. Bu üzdən ilk məşqlərdə tam heyətlə çalışa bilməyən məşqçilər korpusu hər dəfə yeni futbolçuların komandaya uyğunlaşmasını gözləmək məcburiyyətində qalıb.
Görünən odu ki, bu yay da bu ənənə davam edəcək.