“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi

8.07.2026 15:48 10
İdman
Bu gün futzal üzrə UÇempionlar Liqasında 2026/27 mövsümünün ilk püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandanın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

“Qırmızı-ağlar” “Piast”, eləcə də ilkin mərhələnin C (“Buba Mara” Bosniya və Herseqovina, “GİU” (Gürcüstan), “Utleyra İdrettslag” (Norveç), LYNX (Cəbəllütarıq) və E (“Veilimdorf”, Almaniya, “Tallinin” (Estoniya), “Unisport” Ermənistan, “Reykyavik” (İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək. Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də "Unisport" E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul